Fransalı mütəxəssis Azərbaycan Turizm İnstitutunda

Fransanın ölkəmizdə səfərdə olan şərabçılıq üzrə ekspert-texnoloqu cənab Jeannot Montaneti Azərbaycan Turizm İnstitutunda olmuşdur. İnstitutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov görüş zamanı Heydər Əliyev Fondunun layihə rəhbəri Kərəm Qafarlı və cənab Jeannot Montaneti ilə məhz bu ali təhsil ocağında təşkil edilən tanışlığın çox çəkmədən faydalı əməkdaşlığa çevriləcəyinə əminliyini bildirmişdir.

Qonaqlar söhbət əsnasında Şamaxı rayonunda layihə çərçivəsində yaradılacaq yeni şərabçılıq kompleksinin turizmlə əlaqələndirilməsi səbəbini həm elmi, həm də təsərrüfat baxımından üstünlüklərini diqqətə çatdırmışlar. Onlar yeni şərabçılıq kompleksi mexanizminin işlənib hazırlanması prosesi zamanı Fransa və İtaliyanın anoloji bölgələrinin müsbət təcrübəsinə istinad edildiyini xüsusi vurğulamışlar. Turizm İnstitutunun rəhbərliyi ilə qonaqların görüşünün məqsədi isə 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə çalışacaq kadrların hazırlıq səviyyəsini öyrənmək, eyni zamanda, turizm xidmətləri üzrə tədqiqatların aparılması, təlimlərin keçirilməsi, məsləhət saatlarının təşkili kimi vacib problemləri müzakirə etməkdən ibarət olduğunu bildirmişlər.

İnstitutun rektoru C.Cəfərov qonaqların nəzərinə çatdırmışdır ki, təklif edilən layihə turizm sahəsinin çeşidləndirilməsi baxımından uğurludur. Məhz Şamaxı rayonunda daha bir sənaye sahəsinin–şərabçılıq kompleksinin yaradılması  bölgənin sosial-iqtisadi baxımından inkişafına təkan verə bilər.

Rektor C.Cəfərov daha sonra qeyd etmişdir ki, “Azərbaycanda şərab yolları beynəlxalq mədəni turizm marşrutu və Aleksandr Düma beynəlxalq mədəni turizm marşrutları mövcuddur. Mənim fikrimcə, yeni layihə qeyd edilən marşrutlarla əlaqələndirilərsə, daha da təkmilləşər.

İnstitutumuz ali təhsil müəssisəsi olaraq inkişaf strategiyasında təhsil-təlim-tədqiqat-təcrübə modelinə üstünlük verdiyi  üçün layihənin hazırlanması və icrası zamanı təhsil-təlim- təcrübə- tədqiqat və məsləhət saatlarının təşkili istiqamətində fəaliyyət göstərə bilər”.

İnstitutun mətbuat xidmətindən bildirmişlər ki, görüşün sonunda Azərbaycan Turizm İnstitutu tərəfindən irəli sürülən təkliflərin müzakirə predmeti kimi gündəmə gətiriləcəyi qərara alınmışdır.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında