Masallı: Yeni məktəblərin qapıları açıldı

Son illərdə Masallı rayonunda 30-a qədər təhsil ocağı tikilmiş və ya əsaslı təmir edilmişdir. 2010-2011-ci tədris ilinin başlanması rayonda daha iki yeni məktəbin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.
Sakit Tağıyev adına Masallı şəhər 4 saylı (Digah) orta məktəbi rayonun ən qocaman təhsil müəssisəsi sayılır. Amma uzun illər təmirsiz istismar olunduğuna görə məktəbin binası yararsız vəziyyətə düşmüşdü. Bunu nəzərə alan ölkə rəhbərliyi Digah məktəbi üçün dövlət vəsaiti ilə yeni binanın tikilməsini planlaşdırmışdı. Ötən ilin sonunda inşasına başlanan 3 mərtəbəli, 640 yerlik yeni məktəb binası 15 sentyabr -Bilik günündə qapılarını müəllim və şagirdlərin üzünə açdı.
Rayon təhsil şöbəsinin müdiri Astan İbişov mərasim iştirakçılarını Bilik günü münasibətilə tədbirik edərək Masallı məktəblərinin yeniləşməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısından söhbət açdı. Müəllimlər, valideynlər və şagirdlər təhsilin inkişafına göstərilən diqqətə görə razılıqlarını bildirdilər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev hər bir ailənin təhsil sahəsinə aidiyyəti olduğunu bildirdi və mərasimə toplaşanları yeni dərs ilinin yeni məktəbdə başlanması münasibətilə təbrik etdi. Müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar arzuladı.
Sonra məktəbə baxış keçirildi. İşıqlı sinif otaqları, hər cür zəruri inventarla təchiz edilmiş kabinetlər, laboratoriyalar hər kəsdə razılıq hissi yaratdı.
Ərkivan qəsəbəsindəki Zahir Nəcəfov adına 2 saylı orta məktəbinin müəllim və şagird kollektivi də yeni dərs ilinə yeni məktəbdə başladı. Dövlət vəsaiti hesabına tikilmiş, 24 otaqdan ibarət, 2 mərtəbəli yaraşıqlı bina hər cür zəruri avadanlıqla təchiz edilmişdir. Açılış mərasimində çıxış edənlər gözəl hədiyyəyə görə hədsiz minnətdarlıq duyğularını ifadə etdilər.
Milli Məclisin üzvü Elmira Axundova mərasim iştirakçılarına ən xoş arzularını çatdırdı və məktəbin şagirdlərinə hədiyyələr təqdim etdi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev son illərdə Masallıda yeni məktəblərin tikilməsini və əsaslı təmir olunmasını, təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsini bu vacib sahəyə dövlətin prioritet verməsinin fərəhli nəticəsi kimi dəyərləndirdi. Kollektivin yeni məktəbdə uğurlarını daha da artıracağına inandığını söylədi. Yeni məktəbin kompyuter otağı, kitabxanası, idman zalı və sinif otaqlarına baxış keçirildi.
Həmin gün rayonun Mollaoba kənd məktəbində daxili imkanlar hesabına tikilmiş idman zalının, N.Nərimanov adına Masallı şəhər 2 saylı və Ərkivan qəsəbəsindəki Əlvan Bağırov adına 4 saylı orta məktəblərin əsaslı təmir edilmiş tədris korpuslarının da açılış mərasimləri oldu. Bütün ümumtəhsil məktəblərində Bilik günü böyük təntənə ilə qeyd edildi.
Ölkənin bütün rayonlarında olduğu kimi, Masallıda da məktəb şagirdlərinə yeni dərsliklər paylanmışdır. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə isə 300 nəfər 1-ci sinif şagirdinə vahid məktəbli geyimi və ləvazimatı hədiyyə edilmişdir.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında