Şəkinin təhsil işçiləri yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılamışlar

Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Şəhər rəhbərliyi və rayonun qabaqcıl təhsil işçiləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra konfrans iştirakçıları filialın foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransın əvvəlində Şəkinin ümumtəhsil məktəblərinin ötən tədris ilindəki fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.
Şəhər təhsil şöbəsi müdirinin əvəzi Bəhyəddin Qüvvətovun 2009/2010-cu tədris ilinin yekunlarına həsr olunmuş hesabat məruzəsində görülmüş işlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən geniş bəhs edilmişdir. Məruzəçi ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışmış, ötən tədris ilində qazanılan uğurları qeyd etmiş, mövcud problemlərə toxunmuşdur.
Tədris ilinin Şəki təhsili üçün çox uğurlu keçdiyini bildirən natiq 2010-cu ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1656 nəfər məzundan 1165 nəfərinin ali məktəblərə daxil olmaq üçün sənəd verdiyini, onlardan 370 nəfərinin tələbə adını qazandığını diqqətə çatdırmışdır. Bundan əlavə, əvvəlki illərdə orta məktəbi bitirmiş məzunlardan 138 nəfəri də builki qəbul imtahanlarında uğur qazanaraq, ali məktəblərə daxil olmuşdur. Sevindirici haldır ki, Şəkinin tarixində ilk dəfə olaraq, Kiçik Dəhnə kənd 2 nömrəli orta məktəbin məzunu Günel Abdullayeva qəbul imtahanlarında 700 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərmiş 7 abituriyentdən biri olmuşdur. Bundan əlavə, 29 məzun 600-dən, 85 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunan B.Qüvvətov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonun I Biləcik kəndində inşa olunan 220 yerlik yeni məktəb binasının sentyabrın 15-də istifadəyə veriləcəyini, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Dərəcənnət kəndində orta məktəb üçün 9 otaqdan ibarət əlavə korpusun tikilib istifadəyə verildiyini, dövlət vəsaiti hesabına 29 nömrəli uşaq bağçasının əsaslı təmir olunduğunu, Baş Kəldək kəndində tikiləcək 180 yerlik yeni məktəb binasının layihə-smeta sənədlərinin işlənib hazırlandığını, Aşağı Layısqı kənd orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırıldığını, Baş Zəyzid kənd orta məktəbinin əsaslı təmir olunması üçün müvafiq sənədləşmə işinin aparıldığını diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, görülmüş işlərlə yanaşı, 13 məktəb üçün yeni binanın, 12 məktəbdə əlavə sinif otaqlarının, 7 məktəbdə isə idman zalının tikilməsi şöbənin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Məruzədə qeyd olunmuşdur ki, ötən dərs ilində Şəkidə 100 ümumtəhsil məktəbi fəaliyyət göstərmiş, həmin məktəblərdə 25867 nəfər ümumi təhsilə cəlb olunmuşdur. Məlumat verilmişdir ki, 2010-2011-ci dərs ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrində cari təmir işləri aparılmış, məktəblər təzə avadanlıqla təmin olunmuşdur. Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üşün 16 adda 74719 ədəd, rus bölməsi üçün isə 22 adda 2009 ədəd dərslik gətirilərək məktəblərə paylanmışdır.
Məruzə ətrafında TQDK Şəki Regional Mərkəzinin direktoru Səbuhi Hüseynov, şəhər 11 saylı orta məktəbin direktoru Ədalət Sədiyeva və başqaları çıxış edərək görülmüş işlərdən danışmış, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov və şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Zərinə Cavadova çıxış edərək tövsiyələrini bildirmiş, rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulamışlar.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında