"Bilik Günü"ndə uğurlardan söz açıldı

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki şəhid Etibar Şirəliyev adına 274 nömrəli orta məktəbin müəllim və şagirdləri yeni dərs ilinin başlanmasını ikiqat sevinclə qarşıladılar. Çünki həm bu il məktəbin 25 yaşı tamam olur, həm də 2009-2010-cu dərs ilinin məzunlarının 44 faizi ali məktəbə qəbul olunublar. Üstəlik, məktəbin binası ötən dərs ilinin əvvəllərində dövlət vəsaiti hesabına təmir edilib.
Dövlət himninin səslənməsindən sonra "Bilik Günü" münasibətilə təşkil edilmiş təntənəli tədbirin aparıcısı, direktor müavini Emma Əliyeva ötənilki dərs ilində əldə edilmiş nailiyyətləri yada saldı. Məktəbin direktoru Ağakişi Cəfərov məzunların ali məktəbə qəbul olunmasındakı artım dinamikasını göstərərək qeyd etdi ki, 2008-ci ildə bizim məzunların 28 faizi, 2009-cu ildə 32 faizi, bu il isə 44 faizi tələbə adını qazanıb. Bundan başqa, şagirdlər rayon, şəhər və respublika miqyaslı tədbirlərdə də bir çox uğurlar əldə ediblər. Direktor qeyd etdi ki, Azərbaycan təhsilinin bugünkü məlum inkişafının əsasında dövlətin və dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı və diqqət dayanır. Şagirdlər üçün yaradılan şəraitin, müəllimlərin fəaliyyətinin stimullaşdırılmasının və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinin bircə cavabı var: yaxşı oxumaq və yaxşı işləmək. Mən əminəm ki, şagird və müəllimlərimiz bu cavabı layiqincə təmin edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin qarşıya qoyduğu bütün vəzifələr yeni dərs ilində də uğurla, məsuliyyətlə icra ediləcəkdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Seyfulla Ağayev, Müşfiqabad bələdiyyəsinin sədri Elman Quliyev və başqa natiqlər məktəb kollektivini əldə edilən uğurlar münasibətilə təbrik etdilər, yeni dərs ilində uğurlar arzuladılar. Sonra sonuncu sinif şagirdləri rəmzi "Bilik açarı"nı birincilərə təqdim etdilər və ilk dərsin zəngləri səsləndi. Bu səs 9 aylıq dərs ilinin məsuliyyətinin başlanğıcı idi.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında