Cəlilabad məktəbləri qışa hazırdır

Payız-qış mövsümündə məktəblərin lazımınca qızdırılması həm şagirdlərin dərsə davamiyyəti, həm də təhsildə keyfiyyət göstəricilərinin saxlanması baxımından önəm daşıyır. Cəlilabadda bu mühüm amilə ciddi diqqət yetirilir.

Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbərlikləri hələ bir neçə ay öncədən qışa hazırlıq məsələlərini həll etməyə başlayıblar. Fərəhli nəticələrə nail olunub.

Hazırda  rayonda 125 məktəb fəaliyyət göstərir. Həmin təhsil ocaqlarında 30 minədək şagird oxuyur, onların təlim-tərbiyəsi ilə 2,5 min müəllim məşğul olur. Məktəblərin beşdə-birinin ayrıca qazanxanası var. Maye yanacaqla qızdırılan məktəblərin sayı 77-dir. Üç məktəb isə mavi yanacaqla təmin edilib. Bunlar Cəlilabad şəhər 1 və 2 nömrəli məktəblər, həmçinin Uzuntəpədəki 4 nömrəli kənd məktəbidir. Qalan təhsil ocaqlarında qış aylarında odun yanacağından istifadə olunur.

Qarşıdan gələn soyuq mövsümlə əlaqədar rayon məktəblərinin böyük əksəriyyətində qızdırıcı təsərrüfatlar istismara hazır vəziyyətə gətirilib. Sobaların sahmanlanması, xətlərin yoxlanması, binaların dam örtüklərinin təmiri, otaqların sınmış pəncərə şüşələrinin təzələnməsi və digər bu kimi məsələlər qaydaya salınıb. Çatışmazlıqların heç birinin həlli sonraya saxlanılmayıb. Rayondakı məktəbdənkənar müəssisələrdə də qışa hazırlıq tədbirləri diqqət mərkəzində saxlanır.

Son iki ildə Cəlilabadda 9 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu binalarda yüksək keyfiyyətli təhsil üçün hər cür şərait yaradıldığı üçün qışa hazırlıqla bağlı problem yoxdur.

Əksər məktəblərin yolları qənaətbəxş vəziyyətdədir: ya asfalt çəkilib, ya da çınqıl döşənib ki, şagird və müəllimlər məktəbə rahat gedib-gələ bilsinlər.

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun bildirdiyinə görə, məktəblərin qarlı-şaxtalı havalara hazırlığı qaneedicidir. Hətta ən ucqar ərazilərdə yerləşən Ləkin, Burovar, Çünzəli, Soltankənd,  Məmmədrzalı, Mikeyilli, Zəhmətabad kimi kəndlərin məktəblərində də qışla bağlı zəruri tədbirlər həyata keçirilib. Yerli icra nümayəndəlikləri və bələdiyyələr hazırlıqla əlaqədar təhsil müəssisələrinə lazımi köməklik göstəriblər. Məktəb kollektivləri qarşıya çıxa biləcək hər hansı çətinlik zamanı həmişə olduğu kimi, onların dəstəyinə güvənirlər.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında