Dövlət İdarəçilik Akademiyasında yeni dərs ili

Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilmişdir.
Tədbiri akademiyanın tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev açaraq, tələbələri, müəllimləri və kollektivin bütün üzvlərini yeni dərs ilinin başlanması və "Bilik Günü" münasibətilə təbrik etdi, onlara təhsildə və işlərində yeni-yeni uğurlar arzuladı.
Ə.Abdullayev ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının son illərdə əldə etdiyi nailiyyətlərdən söz açmış, bu təhsil ocağının respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində önəmli rolu olduğunu vurğulamışdır. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğı və diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdıran natiq ümid etdiyini bildirmişdir ki, DİA-nın ənənələrinə sadiq qalan tələbələr biliyi, bacarığı ilə idarəçilik sahəsində öz töhfələrini verəcəklər.
Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov, İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Roza Əliyeva yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və tələbələri təbrik edərək, onlara elm və təhsildə uğurlar arzuladılar.
Qəbul imtahanında 695 bal toplamış birinci kurs tələbəsi Yaqub Əlizadə və 680 bal toplamış Aybəniz Qurbanova öz çıxışlarında nüfuzlu ali məktəb olan Dövlət İdarəçilik Akademiyasına daxil olmalarını həyatlarının ən sevincli, ən unudulmaz anları olduğunu qeyd edərək, bu təhsil ocağına qəbul olunmalarından böyük qürur duyduqlarını bildirdilər.
Valideynlərdən İrşad Abbasov və Güslüm Bədəlova övladlarının Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaları ilə fəxr etdiklərini vurğulayaraq, tələbələrin təhsil almaları üçün əlverişli şərait yaratmış akademiya rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında