Latviyanın sabiq prezidenti Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur

Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tələbə və müəllimlərlə görüşmüşdür. Əvvəlcə qonaq ADİU ilə yaxından tanış olmuşdur.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev qonağa təhsil ocağının tarixi, bugünkü fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.
Azərbaycan ilə Latviya arasında siyasi, diplomatik, əsasən də iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasında, formalaşması və inkişafında Vayra Vike-Freyberqanın çox böyük rolu olduğunu bildirən Ş.Hacıyev ölkələrimizin bütün sahələrdə əməkdaşlığının bu gün də uğurla davam etdiyini vurğulamışdır.
Bildirmişdir ki, Latviyanın Avropa İttifaqına və NATO-ya qəbul olunması bilavasitə bu siyasətçinin adı ilə bağlıdır. Bu gün də o, fəaliyyətini uğurla davam etdirir. BMT baş katibinin xüsusi elçisi kimi bütün münaqişəli bölgələrdə olur və bu problemlərin həlli istiqamətində işlər aparır. Biz ona sülhün qorunması, münaqişələrin həll olunması istiqamətindəki fəaliyyətində uğurlar arzulayırıq.
Vayra Vike-Freyberqa ADİU-da çıxış etməkdən məmnunluğunu ifadə etmişdir. O, təhsil sahəsinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, elm, texnologoya, təhsil gələcəyə aparan yoldur.
Sabiq prezident sovetlər birliyinin süqutundan sonra Azərbaycan və Latviyanın müstəqillik qazanmasından, keçdiyi yoldan danışmışdır. Eyni zamanda, tələbələrə dünyadakı mövcud münaqişələr barədə ətraflı məlumat vermişdir.
Sonra Vayra Vike-Freyberqa sualları cavablandırmışdır.
Tədbirdə Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında