“Ölkəmizi tanıyaq” turunun ikinci mərhələsinə yekun vuruldu

Bu il avqustun 1-dən start götürən - ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın ikinci mərhələsinə noyabrın 17-də yekun vurulmuşdur.

Həmin gün  Xətai Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səyahətə yollanmış rayon məktəblərinin 40 əlaçı və nümunəvi  şagirdindən ibarət ikinci qrupu  Bakıya – evə dönmüşdür. Valideynlər, müəllimlər və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri aksiya iştirakçılarını üç gün əvvəl yola düşdükləri yerdə – ulu öndərin adını daşıyan Heydər Parkında qarşılamışlar.

Səfərdən qayıdan məktəblilər öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva şagirdləri salamlayaraq səyahətlərinin necə keçməsi ilə maraqlandı. Səfər qrupunun rəhbəri, icra hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov məlumat verərək bildirdi ki, şagirdlər üç gün ərzində Azərbaycanın bir-birindən səfalı bölgələrində tarixi-mədəniyyət abidələri, turizm obyektləri, füsunkar təbiət mənzərələri ilə tanış olmuş, buradakı həmyaşıdları ilə birlikdə müxtəlif əyləncəli proqramlarda iştirak etmişlər. Tur-aksiya çərçivəsində məktəblilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, şəhərlərin görməli yerləri, son illər bu bölgələrdə həyata keçirilən tikinti və quruculuq işləri ilə də yaxından tanış olmuşlar.

Qarşılanmada iştirak edən valideynlər bu aksiyanın təşəbbüskarı olan Azərbaycan Prezidentinə dərin minnətdarlıq ifadə edərək bildirmişlər ki, belə tədbirlər həqiqətən yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaq. Digər mühüm cəhət isə ondan ibarətdir ki, məktəblilər tətil günlərini səmərəli və maraqlı keçirirlər. Şagirdlər isə səyahətdən zəngin xatirələrlə qayıtdıqlarını və belə tur-aksiyaların müntəzəm təşkil edilməsinin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını dilə gətirdilər.

Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva səyahətin maraqlı keçməsindən məmnun olduğunu bildirdi və belə aksiyaların davamlı olacağını diqqətə çatdırdi. Biz əminik ki, yeniyetmələrin və gənclərin sevimlisinə çevrilmiş möhtərəm Prezidentimiz şagirdlərin məktəb illərindən xoş xatirələr qoyacaq belə tədbirlərin bundan sonra daha geniş vüsət alması üçün diqqət və  qayğısını əsirgəməyəcək.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında