Yeni uğurlara doğru

15 sentyabrı "Bilik Günü" ilə yanaşı, həm də birincilərin bayramı adlandıranların nə qədər haqlı olduqlarını görmək üçün sadəcə həmin gün orta təhsil məktəblərinə getmək kifayətdir. İlk dərs gününün sevinc əhval- ruhiyyəsi, bu fidan balaların simalarında da aydın görünür. Bu sevinci tarixiləşdirən həmin gün onlara ilk rəsmi təbriki çatdırmış, təhsilə qapı açan bu uşaqlara uğurlar diləmiş insanlar olur.
Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan liseydə bu missiyanı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Təhsil Nazirliyinin şöbə müdiri Bayram Hüseynzadə yerinə yetirdilər. Qonaqları və liseyin yeni sakinlərini salamlayan təhsil ocağının direktoru Fikrət Xəlilov yeni dərs ilinə hazırlığın tam başa çatdığını və ötən ilin yekunlarının lisey üçün uğurlu olduğunu diqqətə çatdırdıqdan sonra, sözü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verdi.
R.Məmmədov məktəbliləri, xüsusilə də birinciləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib bildirdi ki, təhsil Azərbaycan dövlətinin prioritet sahələrindən biri kimi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən bu vaxta qədər daim diqqət mərkəzində olmuşdur. Prezident cənab İlham Əliyevin ölkə rəhbərliyinə başladığı gündən isə bu mühüm sahədə yeni və köklü islahatlar həyata keçirilməyə başlanmış və qısa bir zamanda Azərbaycanda təhsilin maddi-texniki bazasını gücləndirmək məqsədilə yüzlərlə müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bir çox məktəblər əsaslı təmir olunmuşdur.
Xətai rayonundakı belə məktəblərdən biri məhz bu gün bilik bayramını qeyd etdiyimiz və ümummilli lider Heydər Əliyevin adını daşıyan bu liseydir. Yaxşı təhsil ənənələri, yüksək səviyyəli peşəkar, tələbkar və eyni zamanda, qayğıkeş müəllimləri olan bu təhsil ocağı artıq bir neçə ildir ki, ali məktəblərə qəbulun nəticələrinə görə nəinki rayonumuzda, həmçinin paytaxt Bakıda və respublikada da birincilər sırasındadır. Ötən tədris ilində liseyi bitirən 141 şagirdin 110 nəfəri yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuşdur. Onlardan 31-i 500-600 bal arası, 9-u 600-650 bal arası, 11-i is 650-700 bal arası göstəricilərlə tələbə adını qazanmışdır.
Natiq ümummilli lider Heydər Əliyevin adını daşıyan təhsil ocağında ancaq yüksək səylə və əla qiymətlərlə oxumaq lazım gəldiyini diqqətə çatdırmış, yeni dərs ilində müəllim və şagird kollektivinə yeni-yeni uğurlar arzulamışdır.
"Burada oxumaq böyük şərəfdir" deyən Təhsil Nazirliyinin şöbə müdiri Bayram Hüseynzadə də liseyin ünvanına xoş sözlər söyləmiş və belə yüksək maddi-texniki bazası olan, qabaqcıl və işgüzar müəllim kollektivinin çalışdığı məktəbin uğurlarını qanunauyğunluq kimi dəyərləndirdi. O, həmçinin bildirdi ki, ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsi prosesi davam etməkdədir və Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığının mənbəyi məhz bundadır.
Bayram təbriklərindən sonra ilk zəng çalındı və liseyin yeni sakinləri - birincilər ilk olaraq sinif otaqlarına daxil oldular. Sonda R.Məmmədov və B.Hüseynzadə məktəbin sinif otaqlarının vəziyyəti ilə tanış oldular.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında