Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə layihəsi olan “Liderlik və idarəetmə” təlimi başlamışdır

Təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, “Liderlik və idarəetmə” təliminin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. Qeyri-neft sektoruna xüsusi önəm verildiyini bildirən nazir müavini bu sahənin inkişafında peşə təhsilinin böyük əhəmiyyəti olduğunu qeyd etmişdir. F.Qurbanov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsilinə böyük yer ayrıldığını, bu təlimin peşə təhsilinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu vurğulamışdır.

“GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəsi Henninq Tvesten, “Allianz Consult” MMC-nin eksperti Anar Məmmədov təlim barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün keçirdiyi “Liderlik və idarəetmə” təliminin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilmişlər. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Təlimlər iki qrup olmaqla bir nəfər beynəlxalq və bir nəfər yerli ekspert tərəfindən idarə olunacaq. 3 ay davam edəcək təlimlərdən sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərənlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında