Bakının Nizami rayonu yeni tədris ilinə uğurlarla başlayır

Nizami Rayon İcra Hakimiyyətində ölkə Prezidentinin müvafiq sərəncamları ilə qalib elan olunmuş orta məktəblərin nümayəndələri, ictimaiyyət nümayəndələri, müəllimlər və builki məzunlar arasında ən yüksək nəticə göstərmiş tələbələrlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov 15 sentyabr - Bilik günü və yeni dərs ilinin başlanmsı münasibətilə toplantı iştirakçılarını təbrik etmiş, müəllimlərə və məzunlara yeni tədris ilində uğurlar arzulamışdır.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovanın ötən tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıq vəziyyəti barədə geniş məruzəsi dinlənilmişdir. Natiq demişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatı proqramı son illər möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla uğurla davam etdirilir. Bu gün milli təhsilimizin tərəqqisi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir.
Son illərdə cənab Prezident milli təhsilimizin dünya təhsili sisteminə əsaslı inteqrasiyası yolunda yeni məktəb binalarının tikintisi, köhnələrinin təmiri və yenidən qurulması, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil ocaqlarının müasir avadanlıqlarla, kompyuter və informasiya texnologiyaları ilə təchiz edilməsi və kadrlarla təminatı, dərsliklərin şagirdlərə pulsuz paylanılması, təhsil işçilərinin əmək haqlarının artırılması və digər sahələri əhatə edən müstəsna əhəmiyyətli fərman və sərəncamları ilə təkmil dövlət proqramlarını imzalamışdır.
Gülnaz İsrafilova daha sonra vurğulamışdır ki, təhsil sisteminin inkişafı ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının yaratdığı imkanlardan qaynaqlanır. Yəni bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Onun siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin təhsil sekioru ilə bağlı imzaladığı Dövlət proqramları təhsil sisteminin hərtərəfli inkişafına səbəb olmuşdur. Dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsaitin ilbəil artması, təhsil işçilərinin aylıq vəzifə maaşlarının yüksəlməsi, yeni məktəb binalarının inşası, məktəblərin əsaslı təmiri, istilik sisteminin bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Natiq, eyni zamanda, göstərmişdir ki, Nizami rayonunda təlim-tərbiyənin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, ötən il şagirdlər ayrı-ayrı müsabiqələrdə, yarışlarda, olimpiadalarda yüksək nəticələr əldə etmişlər. Belə ki, 229 nömrəli məktəbin X sinif şagirdi Heydər Əliyev təqaüdçüsü İsmayıl Yunusov Fransada keçirilmiş vokal müsabiqəsinin qalibi olmuşdur. O, eyni zamanda, respublika müsabiqələr laureatı adına layiq görülmüşdür. 238 nömrəli məktəbin 3 a sinif şagirdi Vüqar Əsədli Türkiyədə keçirilmiş şahmat üzrə Avropa çempionatında qızıl medal qazanmışdır. 250 nömrəli məktəbin məzunu Həsrət Seyidov bu ilin mayında İtaliyada keçirilən "Uşu-Sanda" üzrə dünya çempionatında I yerə layiq görülmüşdür. Belə uğurların sayını daha da artırmaq olar...
G.İsrafilova, həmçinin, qeyd etmişdir ki, bu il Nizami rayonunun tədris müəssisələrini bitirən məzunlardan 115 nəfəri 600-dən yuxarı bal toplamışdır. Onlardan 5 nəfər 690 bal, 2 nəfər 685 bal, 5 nəfər 680 bal toplamışdır.
Ümummilli lider Heydər Əliyevin bizə bəxş etdiyi çox dəyərli ənənələrdən biri də fəaliyyət sahəsindən asılı olmayaraq, istənilən peşə sahiblərinin xidmətlərinin layiqincə qiymətləndirilməsi idi. Cənab İlham Əliyevin həmin ənənəni davam etdirməsi isə bizim üçün ikiqat sevincdir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamı ilə rayonumuzu təmsil edən 62 nömrəli orta məktəb pul mükafatına layiq görülmüşlər.
Ölkə başçısının "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" digər sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsində rayonumuzdan 7 nəfər müəllim qalib adını qazanmışdır.
Görüşdə yüksək nəticə göstərən orta məktəb rəhbərlərinə, müəllimlərə, həmçinin, yüksək balla ali məktəblərə qəbul olan məzunlara qiymətli xatirə hədiyyələri verilmişdir.
Görüşdə təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak və çıxış etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında