Təhsil Nazirliyi “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə əməkdaşlığı genişləndirir

Noyabrın 4-də Təhsil Nazirliyində bu qurum ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə sənaye sahəsinin inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, ayrı-ayrı müəssisələrlə, o cümlədən metallurgiya kompleksi ilə müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq olunduğunu xatırladan nazir müasir tələblərə cavab verən kadrların hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərov yeni istehsal sahələrində peşə təhsili olan bacarıqlı kadrlara ehtiyac olduğunu bildirib. 

 Sonra Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədi M.Cabbarov və S.Cəfərov imzalayıblar.

Memorandumda “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC tərəfindən tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə xüsusi təqaüdün verilməsi və gələcəkdə müvafiq ixtisaslara yiyələnmiş məzunların işə qəbulu, təhsil müəssisələri ilə birgə elmi-tədqiqatların aparılması, layihələrin işlənilməsi nəzərdə tutulur. 

Eyni zamanda, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və tələbələr “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də yay təcrübəsi proqramında iştirak edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında