Yenə birincilər sırasında

Qəbul imtahanlarında ən yüksək bal toplayıb tələbə adını qazanan Xətai rayon orta təhsil məktəblərinin məzunlarının təntənəli təbriki və xatirə hədiyyələri ilə mükafatlandırılması artıq bir neçə ildir ki, rayon icra hakimiyyətinin ənənəvi tədbirləri sırasındadır. Rayonun gənc sakinləri həyatda imza atdıqları ilk uğurlarına görə bu il də rəsmi təbrikləri birinci məhz icra hakimiyyətinin iclas zalından eşitdilər.
Təntənəli mərasim Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun təbriki və rayon təhsil işçilərinə ünvanladığı təşəkkürlərlə açıldı. Natiq əldə edilən uğurlardan danışaraq bildirdi ki, hər il olduğu kimi, bu il də Xətai rayonu ali məktəblərə qəbul üzrə yüksək nəticələr göstərərək respublikada birincilər sırasında olmuşdur. Rayonda orta təhsilini başa vurmuş 2831 məzundan 2687 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 1402 nəfəri, yəni 52,2 faizi yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur. Bakı şəhəri üzrə isə bu göstərici 44,83 faiz təşkil etmişdir.
R.Məmmədov uğurlu göstəriciləri ilə seçilən məktəbləri də xüsusi qeyd edərək bildirdir ki, 287 saylı Zəkalar liseyindən sənəd verənlərin 80 faizi, Heydər Əliyev liseyinin məzunlarının 78 faizi, 147 saylı texniki-humanitar liseyin məzunlarının 77,4 faizi ali məktəblərə qəbul olunmuş, 4 məktəb 60-70 faiz arası, 15 məktəb 50-60 faiz arası, 10 məktəb isə 40-50 faiz arası nəticə göstərmişdir. Qəbulun nəticələrindən aydın olmuşdur ki, Xətai rayonunun orta məktəb məzunlarının 265 nəfəri 500-dən, 73 nəfəri 600-dən və 42 nəfəri isə 650-dən yuxarı bal toplamışdır. Bu da keçən ildəkindən yüksək nəticədir.
Rayon icra hakimiyyətinin başçısı bu uğurların əldə olunmasında son illər dövlət başçısı cənab İlham Əliyevin təhsil sisteminə xüsusi diqqət və qayğı göstərməsini, orta təhsil bazasının tamamilə yenidən qurulması və təhsil işçilərinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımların mühüm əhəmiyyət daşıdığını qeyd etdi. O bildirdi ki, 2010-cu ildə Xətai rayonunun 5 məktəbinin "İlin ən yaxşı məktəbi",10 müəllimin isə "İlin ən yaxşı müəllimi" adına layiq görülməsi də məhz bu tədbirlərin bariz nəticəsidir.
R.Məmmədov çıxışının sonunda tələbə adını qazananları bir daha təbrik etdi və yeni dərs ilində ali məktəblərdə də uğurlu nəticələrə imza atmalarını arzuladı.
Çıxış üçün söz alan texniki humanitar liseyin direktoru Həlimə Mehdiyeva, 287 saylı Zəkalar liseyinin direktoru Ayğün Əhmədli və Heydər Əliyev liseyinin direktoru Fikrət Xəlilov yaradılan şəraitə və təhsilə göstərilən qayğı və diqqətə görə dövlət başçısına, ölkənin birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonra tədbirdə iştirak edən millət vəkilləri Səməd Seyidov və Hüseynbala Mirələmov çıxış edərək uğurlu nailiyyətlərə görə ilk növbədə tələbələri, daha sonra onların bu uğurlarında böyük xidmətləri olan müəllimləri təbrik etdilər. Natiqlər bildirilər ki, dövlət və onun Prezidenti cənab İlham Əliyev gənclərin yüksək təhsil alması və indiki qloballaşma dövründə dəyərli mütəxəssis kimi yetişməsi üçün bütün imkanları yaradıb. Sizin vəzifəniz bundan sonra qəbul imtahanında qazandığınız uğurları davam etdirmək və yüksək səviyyəli mütəxəssis kimi yetişməkdir.
Tədbirin sonunda qəbul imtahanlarında 650-dən yuxarı bal toplamış 42 tələbəyə qiymətli mükafatlar və xatirə hədiyyələri təqdim olundu.{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında