Suraxanı rayonunda “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda “açıq dərs”

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti 2014-2015-ci tədris ili üçün rayonun 280, 146, 290, 208 və 89 nömrəli tam orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinə  Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyev irsinin  çatdırılması məqsədilə “Ulu  öndər Heydər Əliyev və müasir  Azərbaycan tarixi” mövzusunda ayda bir dəfə keçiriləcək “açıq dərs”lərə başlanılıb.

Şagirdlər əvvəlcə rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən ulu öndərin abidəsini  ziyarət edərək önunə gül dəstələri qoymuşlar. Məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olduqdan sonra  burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən  eksponatlara baxmışlar.

Mərkəzin elektron lektoriya zalında  103 şagirdin iştirak etdiyi tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirib ki,  1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi, milli lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdir.

Məhz həmin dövrdə respublikada  Heydər Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın  müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılıb və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat mövzusu hesab edilir.

Sevinc Hüseynova xatırladıb ki, 1993-cü il oktyabrın 3-də ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Azərbaycan xalqı milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizəyə qalxdı. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas aldı. Aqrar islahatlar reallaşdırıldı, sahibkarlığın inkişafına mühüm önəm verildi. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyaslı sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə əlverişli şərait yaratdı.

2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi, sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı oldu.

Daha sonra yuxarıda adları çəkilən məktəblərin tarix müəllimləri mövzu ətrafında şagirdlərə slaydlar nümayiş etdirməklə ətraflı məlumat veriblər.

Açıq dərslərə gələn ilin may ayının 10-da, ulu öndərin doğum günündə yekun vurulacaq.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında