ATİ-nin nümayəndə heyəti Rumıniyada keçirilən seminar-proqramda iştirak edib

Rumıniyanın İoan Aleksandr Cuza Universitetində Avropa İttifaqının “TEMPUS” layihəsi çərçəvəsində “Turizmdə GİS texnologiyalarının tətbiqi”nə həsr olunan növbəti yığıncaq keçirilmişdir. Tədbirdə Azərbaycan Turizm İnstitutunun  rektoru,  tarix elmləri doktoru, professor Cəfər Cəfərov və institutun kafedra müdiri Novruz Quliyev iştirak etmişlər.

Seminarın keçirilməsində məqsəd əsasən İoan Aleksandr Cuza Universitetinin Strateji planının təqdimatı konteksində otelçilik işinin menecmenti üzrə tədris proqramının işlənib hazırlanması, həmçinin Avropa universitetlərində təhsil proqramlarının akkreditasiyası qaydalarının öyrənlməsi mexanizmi, təhsilin təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması idi. Avropa universitetlərinin  resurs mərkəzləri və ustadlıq məktəblərinin fəaliyyəti, mehmanxana strukturlarının inkişaf siyasəti və onların dəstəklənməsi istiqamətində fikir mübadiləsinin aparılması üsulları, xarici ölkə universitetləri ilə faydalı  əlaqələrin qurulması, ikili diplomların verilməsi təcrübəsinin təhlili, xüsusilə də  “Erasmus Plus” proqramından istifadə qaydaları da seminarın gündəliyinə daxil idi.

Seminar öz işinə ATİ-nin rektoru Cəfər Cəfərovun çıxışı ilə başlayıb. O, Azərbaycan Turizm institutunun yaranma zərurəti, turizm sənayesinin ixtisaslı kadrlara təlabatı, ali təhsil ocağında yaranan yeni ixtisaslar və sair məsələlər haqqında ətraflı məlumat verib. Turizm İnstitutunun kafedra müdiri Novruz Quliyev isə turizm və qonaqpərvərlik fakültəsinə dair təqdimat-  çıxışından sonra otelçilik ixtisası ilə bağlı məsələləri seminar iştirakçılarının diqqətinə çatdırıb. Fakültənin və layihənin təqdimatı, fakültə çərçivəsində təhsil strategiyası, eləcədə  Boloniya prosesinin tətbiqi  və s. bu  kimi məsələlər ətrafında  qarşılıqlı diskusiyalar aparılıb.

ATİ-nin mətbuat xidmətindən bildirmişlər ki, tədbirin sonunda ikili diplomların verilməsində maneələrin aradan qaldırılması üzrə əməli konsepsiyanın işlənib hazırlanması, tələbə mübadiləsi və sair məsələlərlə bağlı ilkin razılaşmalar qərara alınıb.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında