Lənkəranlı tələbələrin vətənpərvərlik təşəbbüsü

Bu yaxınlarda Lənkəran Dövlət Universitetinin veb saytında "Azərbaycan həqiqətləri" adlı səhifə açılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə isə buna dair vahid veb portalın yaradılmasına köməklik göstərilməsi ilə bağlı xahişlə müraciət edilmişdir.
Cənub bölgəsində çalışan media təmsilçiləri ilə keçirilən görüşdə Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Asəf İsgəndərov dedi ki, ermənilərin xalqımıza qarşı yürütdikləri soyqırım siyasəti əsrlərdir ki, davam edir. Bununla bərabər, mənfur qonşularımız özlərinin vəhşi siqlətlərini məharətlə pərdələyir, insanlığa qarşı əsl cinayət olan 1918-ci ilin mart soyqırımı, 1992-ci ilin Xocalı qırğını və s. bu kimi cinayətlərini ört-basdır edir və hər vəchlə çalışırlar ki, dünya ictimaiyyətinin gözündə "barbar azərbaycanlı" obrazı yaratsınlar. Təəssüf ki, bu informasiya müharibəsində də Azərbaycan zaman-zaman zəiflik nümayiş etirmiş və əsl həqiqətlərin dünyaya yayılması üçün lazımi səy göstərməmişdir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ətrafımızdakı informasiya blokadasının yarılması, Prezident İlham Əliyevin Azərbaycanın haqq səsini qətiyyətlə dünyanın bütün qitələrinə və beynəlxalq təşkilatlarına catdırması müsbət nəticələr vermişdir. Heydər Əliyev Fondunun da bu yöndəki müstəsna fəaliyyəti göz önündədir. Amma biz bundan arxayınlaşmamalıyıq. Hər kəs öz imkanları dairəsində Azərbaycan həqiqətlərinin davamlı təbliğinə xidmət göstərməlidir. Buna görə də bizim ali təhsil ocağının tələbələri universitetin veb saytında sözügedən səhifəni açıblar və bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək əzmindədirlər. Bu görüşdən məqsəd isə medianın köməkliyi ilə Azərbaycanın bütün ali məktəblərinin tələbə və müəllimlərini, bütün gəncləri bizim başladığımız "Azərbaycan həqiqətlərini dünyaya çatdıraq" ictimai hərəkatına qoşmaqdır.
Hərəkatın mahiyyəti ondan ibarətdir ki, LDU-nun hər bir tələbəsi ermənilərin başımıza gətirdiyi müsibətlər və Azərbaycanın haqq işi barədə bir yazı hazırlayıb internet resurslarında yerləşdirsin və hər bir müəllim bu işdə iştirak etməklə ən azı 10 tələbəyə rəhbərlik etsin. Universitetdə yaradılmış işçi qrup isə görülən işi ümumiləşdirib nəticəsini universitetin internet saytına daxil etsin, digər ali məktəblər və təşkilatlarla müvafiq əlaqə saxlasın.
Sonra LDU-nun müəllim və tələbələrinin 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş yığıncağında qəbul edilmiş və bütün ali məktəblərin kollektivlərinə, kütləvi informasiya vasitələrinə, gənclərə və diaspor təşkilatlarına ünvanlanmış müraciətinin mətni oxundu.
Görüşdə çıxış edən jurnalistlər təşəbbüsü bəyəndiklərini söylədilər, belə bir inam ifadə etdilər ki, heç kim müraciətə biganə qalmayacaq və beləliklə də Azərbaycana qarşı yalanlar uyduran, dezinformasiya yayan mərkəzlərin əsl siması bir daha açılacaq. Dünyanın hər yerində Azərbaycan həqiqətləri, dövlətimizin iqtisadi və siyasi uğurları ilə yanaşı, ədalətli mövqeyi də düzgün qavranılacaq, qeyd-şərtsiz qəbul ediləcəkdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında