“Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda elmi-praktik konfrans

Binəqədi rayonunda “Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Rayon icra hakimiyyətinin təhsil işçiləri ilə birgə reallaşdırdığı tədbirdə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Xəzər” Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı, Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “Xəzər” Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor, rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, RİH başçısının müavinləri, tədris müəssisələrinin rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Dünya təcrübəsi və milli təhsil sistemi”, “Azərbaycanda uğurlu təhsil siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu”, “Azərbaycanda doktorantura təhsilinin istiqamətləri və perspektivləri”, “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında məruzələr dinlənilmişdir. 

Sonra  Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış etmişlər.

Çıxışlara yekun vuran icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladaraq bu adın cəmiyyətdə daim uca tutulduğunu diqqətə çatdırmışdır. Ümummilli liderin elmə, təhsilə göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra etdirildiyini vurğulamışdır. Natiq son bir ildə dövlət başçısının  iki dəfə  Binəqədi rayonunda yeni tikilmiş məktəb binalarının açılışında iştirak etməsini təhsilə göstərilən dövlət qayğısının əyani sübutu kimi səciyyələndirmişdir.

RİH başçısı çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın yorulmaz fəaliyyətini qeyd edərək, onun təhsilimizin himayədarı olduğunu da vurğulamışdır.

Elmi-praktik konfransın rəsmi hissəsi bir qrup müəllimə hədiyyələr təqdim olunması ilə yekunlaşmışdır.

Tədbir geniş konsert proqramı ilə başa çatmışdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında