Malta Turizm İnstitutunun təsisçisi və rektoru Azərbaycan Turizm İnstitutunda olub

 Dördüncü  Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Malta Turizm İnstitutunun təsisçisi və rektoru Mark Ransley Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.

ATİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ATİ-nin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri və tədrisin Avropa standartlarına uyğun təşkilindən söz açıblar. 

Görüşdə ATİ ilə Malta Turizm İnstitutu arasında əməkdaşlığın əhəmiyyəti və inkişaf istiqamətləri geniş müzakirə predmeti olub. Bildirilib ki, Malta Turizm İnstitutu tərəfindən təşkil edilən yay məktəblərində ATİ-nin tələbələrinin iştirakı iki ali təhsil ocağı arasında səmərəli əlaqələrin başlanğıc mərhələsi sayıla bilər.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında