ATİ ilə Ural İqtisadiyyat Universiteti arasında turizm məhsulunun inkişafı ilə bağlı videokonfrans təşkil olunub

Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağı və Rusiyanın Ural İqtisadiyyat Universiteti arasında “Turizm məhsulunun inkişafı” mövzusunda videokonfrans keçirilib.

ATİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, videokonfransda Ural İqtisadiyyat Universitetinin rektoru, professor Mixail Fyodorov, Ural Turizm Assosiasiyasının məsul nümayəndəsi  Dmitriya Buqrova, ATİ-nin marketinq kafedrasının müdiri Anar Eminov, “DAİR HOTELS and Restaurants Associasions”ın idarə heyətinin üzvü Dinarə Ağaəliyeva və müəllimlər iştirak ediblər.

Ural İqtisadiyyat  Universitetinin təmsilçilərinə bildirilib ki, əgər 12 il əvvəl Azərbaycanda təxminən 94 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 4 dəfə artaraq 370-ə çatıb. Turizm sahəsində ixtisaslı kadr hazırlığını uğurla həyata keçirmək məqsədi ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu, 2011-ci ildə isə ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb. Müxtəlif peşələr üzrə təlim kursları açılıb. Dünya Turizm Təşkilatının, o cümlədən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda hər il keçirilən beynəlxalq turizm sərgisinin başlıca məqsədi ölkə turizm potensialının geniş təbliğinə xidmət edir. Sərgi iştirakçıları yerli adət-ənənələrimizlə tanış olmaqla bərabər, milli mətbəximizin ləziz yeməklərinə də qonaq edilirlər. Tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır. Müxtəlif televiziya kanallarında yeni layihələrə həsr olunan xüsusi reklam çarxları da nümayiş olunur.

Görülən kompleks işlər nəticəsində ölkəmizə səfərə gələnlərin sayı ilbəil artır, turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir.

Geniş diskussiya şəraitində keçən videokonfransda Rusiya turistlərinin Azərbaycana səfərlərini əngəlləyən bəzi maneələrin  aradan qaldırılması, ATİ və Ural İqtisadiyyat Universiteti arasında  müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, elmi təcrübələrin və praktik üstünlüklərin mütəmadi bölüşdürülməsi kimi məsələlər müzakirə mövzusu olub.

Azərbaycan və Rusiyanın iki müvafiq ali təhsil ocağı arasında  əsası qoyulan əlaqələrin daha işgüzar müstəvidə inkişafı məqsədi ilə ATİ-nin videokonfrans iştirakçıları Ural İqtisadiyyat Universitetində görüşə dəvət ediliblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında