Təhsil müəssisələri zamanın tələblərinə uyğun yeniləşməkdədir

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı islahatlar respublikamızın iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə təkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanların rifah halının yaxşılaşdırılmasını təmin etmişdir.

Bu inkişaf təhsilimizin də gələcəyi üçün əlverişli şərait yaratmış, Azərbaycan təhsili özünün yeni mərhələsinə qədəm qoymuşdur. Balakən rayon təhsil şöbəsi və rayonun təhsil müəssisələri də ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsi, kamil şəxsiyyət kimi formalaşması istiqamətində uğurlu nəticələr əldə etmək üçün səylə çalışmışdır. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər ötən tədris ilində də davam etdirilmişdir.

Hənifə məktəbi üçün 480, Qazbinə tam orta məktəbi üçün 220, Şambul kənd tam orta məktəbi üçün 220, Qullar 2 saylı kənd tam orta məktəbi üçün 220 şagird yerlik məktəb binaları, rayon təhsil şöbəsi üçün inzibati idarə binası 2013-2014-cü tədris ilinin başlanğıcında istifadəyə verilmişdir. Talalar kənd 2 saylı tam orta məktəbi üçün 280 şagird yerlik məktəb binasında inşa işləri tamamlanmışdır. Həmin bina bu günlərdə istifadəyə veriləcəkdir. Ölkə başçısının 19 aprel 2012-ci il tarixli fərmanının tələblərinə əsasən, respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində 2 fəndən yekun yoxlama buraxlış imtahanları mərkəzləşdirilmiş qaydada - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmişdir. Həmin imtahanların nəticəsinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə IX siniflərdən 1042, XI siniflərdən 686 nəfər müvafiq təhsil sənədi almışdır.

Texniki və humanitar təmayüllü liseyin, Nizami adına şəhər 1 saylı, Talalar 2 saylı, Qazma 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Qaravəli, Tülü, Katex 1 saylı,Yeni Şərif məktəblərinin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə göstərmişlər. Liseyin şagirdləri buraxılış imtahanlarında həmişə olduğu kimi, yüksək nəticə göstərərək 100 faiz müvəffəqiyyətə nail olmuşlar.

Yeni dərs ilinə və növbəti qış mövsümünə hazırlıq işləri planauyğun şəkildə davam etdirilmişdir. Rayonun tədris müəssisələrində yeni dərs ilinə hazırlıqla bağlı aparılan təmir işləri vaxtında tamamlanmış, tədris müəssisələrində yüksək keyfiyyətli təmir işləri aparılmışdır. Cari tədris ilinin qış mövsümündə məktəblərin 31-i və 1 məktəbin yeni tikilmiş 10 otaqlı korpusu istilik sistemi ilə, digərləri odunla qızdırılacaqdır. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin yaxından köməyi ilə tədris müəssisələrinə yanacağın daşınması üçün hazırlıq işləri görülür.

Müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli iş görülmüşdür. Hazırda rayonun məktəblərində 612 ədəd müasir tipli kompyuter vardır.

Rayonda ümumtəhsil məktəblərinin hər 19 şagirdinə 1 kompyuter düşür. 11 məktəbdə 226 kompyuter sürətli internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda, məktəblərə xeyli elektron dərs vəsaitləri verilmişdir.

Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) nın” təsdiq edilməsi haqqında sərəncamının icrasının davamı olaraq məktəblərdə istedadlı şagirdlərlə aparılan işlər daha da canlandırılmışdır. İstedadlı şagirdlərlə aparılan səmərəli işin nəticəsidir ki, məktəblilərimiz il ərzində respublika səviyyəli müxtəlif yarış və müsabiqələrdə fəallıq göstərərək bir sıra uğurlara imza atmışlar. Fənn olmpiadalarının nəticələrinə əsasən 7 nəfər şagirdimiz I-IV yerləri tutaraq Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Məktəblərimizdə olan xüsusi istedadlı şagirdlər pedaqoji kollektivlərin diqqət mərkəzində saxlanmış, onların qiymətli hədiyyələrlə mükafatlandırılması, təltif olunması təmin olunmuşdur.

2014-cü ildə tam orta məktəb pilləsini bitirənlərin 385 nəfəri ali məktəblərə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında güclərini sınamışlar. Sonuncu tədris ilinin məzunlarından 224 nəfəri şərəfli tələbə adını qazanmışdır. 8 nəfər məzunumuz 600, 23 nəfəri isə 500-dən yuxarı bal toplayaraq respublikamızın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. Qeyd edilməlidir ki, 600 baldan yuxarı bal toplayanların 6 nəfəri liseyin məzunlarıdır. 2013-cü ildə ali məktəblərə qəbul olunanların sayı 215 nəfər bütün məzunların 28 faizi təşkil edirdisə, 2014-cü il ali məktəblərə qəbul olunanlar bütün məzunların 33 faizini təşkil etmişdir.

Fərəhləndirici haldır ki, texniki və humanitar təmayüllü liseyin məzunlarından 3 nəfəri (Qasımova Samirə, Əfəndiyeva Aytac, Rüstəmova Könül), Nizami adına şəhər tam orta məktəbin məzunlarından 2 nəfəri (Muradova Cavahir, Mehdiyeva Nəzrin) məktəbi qızıl medalla bitirmiş və onlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir. Qızıl medallı məzunların hər biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək nəticə göstərərək respublikamızın ən nüfuzlu ali məktəblərinin dövlət sifarişli ixtisaslara qəbul olunmuşdur. Hazırda rayonun ümumtəhsil məktəblərinin 13 nəfər qızıl medallı məzunu vardır. Qəbul imtahanlarında liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Gərəkli, Qullar 1 saylı, Qaravəli, Katex 1 saylı, Kortala, Yeni Şərif, Meşəşambul, Poştbinə 1 saylı, Bedağar kənd tam orta məktəblərinin ali məktəblərə qəbul olunanların bütün məzunların sayına faiz nisbəti rayonun orta faiz göstəricisindən yüksəkdir. Humanitar və texniki təmayüllü liseyin, Nizami adına şəhər 1, Nəsimi adına şəhər 2 saylı, Katex 1 saylı və Yeni Şərif kənd tam orta məktəb məzunlarının 60 faizindən çoxu ali məktəblərə qəbul olmuşdur. Poştbinə 1 saylı tam orta məktəbində məzunların qəbul imtahanlarında əldə etdikləri nailiyyətlər əvvəlki illərlə müqayisədə ürəkaçandır.

Rayonun ümümtəhsil məktəblərində şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, milli, fiziki və hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasına da xüsusı dıqqət verilmişdir. Bu məqsədlə bir sira yarış və turnirlər keçirilmiş, həmin tədbirlərdə rayonun əksər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı təmin olunmuşdur.

Məlum olduğu kimi, orta ümumtəhsil məktəblərində yeni dərs proqramları tədris olunur. Həmin proqramların tətbiqində əsas məqsəd birbaşa təhsilalanların inkişafına, onların həyati və tətbiqi bacarıqlarının formalaşmasına yönəlmiş yeni təhsil modelinə keçilməsindən ibarətdir. Eyni zamanda, bu proqramın həyata keçirilməsi təhsildə həlledici rolu olan müəllimlərin də qarşısında yeni vəzifələr qoyur. Əvvəlki illərdən fərqli olaraq müasir müəllim öz biliyi, bacarığı, davranışı , müasir təlim texnologiyalarına yiyələnməsi, vətənpərvərliyi ilə fərqlənməli, gənclər onun dərslərinə həvəslə gəlməlidirlər. Təhsil naziri Mikayıl Cabbarovun təbirincə desək, müəllim təkcə, məsələn, riyaziyyatı öyrədən bir şəxs deyil. Müəllimlik ali bir missiyadır. Burada bir məqamı da yada salmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərancamında xüsusi vurğulanır ki, struktur dəyişiklikləri nəticə etibarı ilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı şəkildə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquqi və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşmasına xidmət etməlidir. Biz bu xidməti yüksək səviyyədə reallaşdıracağıq.

Azərbaycan dövlətinin, ən başlıcası, dövlət başçısının ümumi təhsilin inkişafı naminə gördüyü işlər ümumi təhsilin uğurlu gələcəyinə, məktəblərimizin, sözün əsil mənasında, bilik-savad mərkəzinə çevrilməsinə cəmiyyətdə böyük inam yaradır. Rayonun bütün pedaqoji ictimaiyyəti Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğıya cavab olaraq, ölkəmizin davamlı inkişafına yönəlmiş bütün tədbirlərini, daxili və xarici siyasətini ürəkdən bəyənir.

Rayonumuzun çoxsaylı təhsil işçiləri Azərbaycan Respublikasının Təhsil Nazirliyini, rayon icra hakimiyyətini əmin etmək istəyir ki, 2014-2015-ci tədris ilində dövlətin, xüsusilə, Prezident İlham Əliyevin qayğısına əməli işlə cavab verəcək, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafı üçün zəmin yaradılmasında yaxından iştirak edəcəklər.

 

Mahir DİBİROV,

Balakən Rayon Təhsil Şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında