“ADA” Universitetinin beynəlxalq tələbələri və Bakı Avropa Liseyinin şagirdlərinin birgə layihəsi təqdim edilib

Sentyabrın 24-də “ADA” Universitetinin beynəlxalq tələbələri və Bakı Avropa Liseyində təhsil alan istedadlı şagirdlər birgə layihə təqdim ediblər.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə layihə haqqında məlumat verib. Bildirilib ki, hazırda “ADA” Universitetində 32 ölkənin nümayəndələri təhsil alır. Bu layihə “ADA”nın beynəlxalq tələbələri ilə liseyin şagirdləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Hazırda universitetdə bununla bağlı müsabiqə və yarışlar keçirilir. Qeyd edilib ki, layihə çərçivəsində universitetin beynəlxalq tələbələri və Bakı Avropa Liseyində təhsil alan şagirdlər müxtəlif mövzularda səmərəli fikir mübadiləsi aparacaqlar.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında