ATİ-də Bilik Günü

Azərbaycan Turizm İnstitutunda yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın dövlət himni oxunduqdan sonra rektor Cəfər Cəfərov 1-ci kursa qəbul olan tələbələri və onların valideynlərini  təbrik etmişdir.

C.Cəfərov çıxışında 8 yaşlı ATİ-nin ictimai fikirdə  müsbət imicinin formalaşmasında müəllim və tələbə heyətinin öz vəzifə borcuna ciddi münasibətindən, Mədəniyyət və Turizm Nazirliyinin, ölkə rəhbərliyinin böyük qayğı və dəstəyindən söz aşmışdır. ATİ kollektivi adından dövlət başçısına təşəkkür edən rektor Prezident İlham Əliyevin respublikanın təhsil sistemini, onun maddi-texniki bazasının gücləndirilməsini, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasını, yeni təhsil ocaqlarının yaranmasını hər zaman nəzarətdə saxlamasını diqqətə çatdırmışdır. O demişdir: “İqtisadiyyatın ən gəlirli sahələrindən biri dedikdə, ilk növbədə turizm sənayesi düşüncəmizə hakim kəsilir.  Azərbaycanın coğrafi mövqeyini, iqlimini, təbiətini, ləziz mətbəxini bir anlığa  nəzərdən keçirdikdə bu sahənin ölkəmizdə nə qədər potensialı olduğunu görürük.  Sadalanan amillər səbəbindən dövlətimiz  turizmin inkişafına böyük diqqət və qayğı göstərir. Bunun  ən bariz nümunəsi Azərbaycan Turizm İnstitutunun yaradılması və fəaliyyətidir. Bir daha qeyd edim ki 9 ildir biz bu doğma  məkanda təhsildən sonrakı ömürlərini turizmə bağlamaq istəyən tələbə kontingenti ilə Bilik Gününü qeyd edirik.

2014-2015-ci tədris ilində  bakalavr səviyyəsində 11 ixtisas üzrə 398 nəfər gənc – onlardan 330  nəfəri Azərbaycan, 49 nəfəri rus , 19 nəfəri isə  ingilis bölməsinə daxil olub. Qəbul olunanların 36 faizi 400-dən yuxarı bal toplayıb. ATİ-yə qəbul olan bu ilki orta məktəb  məzunlarından 3 nəfər–tərcümə ixtisası üzrə Xanım Mayılova 626 bal , Günel Əliyeva 612 bal , turizm otelçilik ixtisası (ingilis dili bölməsi) üzrə Cəlal Cəlalzadə 613 bal toplayıb. İlk dəfə ATİ-də Bilik Günü mərasimində sevinclərini bizlərlə bölüşənlərə demək istəyirəm ki, Azərbaycanda ilk dəfə ATİ ikili diplom verən təhsil proqramına imza atıb. Bundan əlavə, institutumuz təhsil, təcrübə, təlim, tədqiqat istiqamətli beynəlxalq proqramlarda da uğurla iştirak edir. Neçə-neçə məzunumuz artıq ölkəmizin sanballı  turizm sənaye müəssisələri və  Bakıda fəaliyyət göstərən 5 ulduzlu otellərin işçi heyətində rəhbər vəzifələrə təyin olunublar.

 Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov tələbə adını qazanan gəncləri təbrik edərək bu il ATİ-yə yüksək balla qəbul olunan 3 nəfərə  tələbə biletini təqdim etmiş və təhsildə uğurlar arzulamışdır.

 

 Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında