“ADA” Universitetinin professor və tələbə heyəti şərəf andı içib

Sentyabrın 15-də “ADA” Universitetinin professor və tələbə heyətinin şərəf andı içməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir “ADA” Universitetində təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbirdə “ADA” Universitetinin tələbələri tərəfindən hazırlanan video nümayiş etdirilib. Daha sonra bu il universitetin həm bakalavr pilləsinə, həm də magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti şərəf andı içiblər. Onlara “ADA” Universitetinin rektoru Hafiz Paşayev və dekanlar tərəfindən “İnam rəmzi” hesab edilən “ADA” medalları ilə təltif olunublar.

Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının içilməsi 2010-cu ildən etibarən yeni akademik ilin əvvəlində “ADA” Universitetində keçirilən ənənəvi mərasimdir. Hər il qeyd olunan bu akademik tədbir zamanı tələbələr “ADA” Universitetinin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını imzalamaq şansı əldə edirlər.

Şərəf Kodeksini imzalamaqla “ADA” Universitetinin yeni tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda, imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.

Bu il “ADA” Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavr, 129-u magistratura proqramlarına daxil olub. Bu il Universitetdə eyni zamanda mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Tədbir “ADA” Universitetinin rektoru Hafiz Paşayevin nitqi və bu ali təhsil ocağının himninin səsləndirilməsi ilə başa çatıb.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında