Məktəblərdə ilk dərs vətənpərvərlik mövzusunda olacaq 15 sentyabr Bilik Günüdür

15 sentyabr Azərbaycan məktəblərində dərslərin başlanması ilə əlaqədar Bilik Günü kimi qeyd olunur. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust  2004 -cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan  başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Bu il təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinfə gedəcək. Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda  - 271 adda 7,8 milyon  nüsxə dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.         2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

 

M.MÜKƏRRƏMOĞLU,  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında