Nizami rayonu təhsil sahəsində yüksək nailiyyətləri ilə seçilir

Dünən paytaxtın Nizami rayonunda yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini və məktəbliləri təbrik etdi. Ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından söhbət açan natiq son illər Nizami rayonu məktəblərinin qazandıqları nailiyyətləri bu qayğıya əməli cavab kimi dəyərləndirdi.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova “2013-2014-cü tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2014-2015-ci dərs ilinə hazırlığın vəziyyəti barədə” hesabat məruzəsi  ilə çıxış etdi. Təhsilin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu vurğulayan natiq qeyd etdi ki, hazırda bu sahənin inkişafına xüsusi diqqət yetirilir, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün hər cür şərait yaradılır. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son on ildə həyata keçirilmiş islahatlar nəticəsində ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafı ilə bağlı gördüyü işlərdən söhbət açan G. İsrafilova  bildirdi ki, 2005-2014-cü illər ərzində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı təmir edilmiş, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə 20-dən çox uşaq bağçası əsaslı  təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.

Qeyd olundu ki, Nizami rayonu üzrə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 7 məktəb, 5 bağça, 1 idman məktəbi əsaslı təmir olunmuş, 2 məktəbdə əlavə tədris korpusu tikilmiş, Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə 640 şagird yerlik yeni 328 nömrəli məktəb inşa olunmuşdur. 2014-cü il  sentyabrın 19-da Prezident İlham Əliyevin 32 və 12 nömrəlili orta məktəblərdə yaradılan şəraitlə, eləcə də  Bakı İstedadlar Təhsil Kompleksinin yeni binası ilə tanış olduğunu xatırladan məruzəçi Azərbaycan Təhsil Mərkəzi beynəlmiləl məktəbinin fəaliyyətə başlamasını Nizami rayonunun təhsil sahəsi üçün əlamətdar hadisə kimi dəyərləndirdi, məktəbin işi ilə bağlı konfrans iştirakçılarına ətraflı məliumat verdi. G. İsrafilova daha sonra “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayonun təhsil müəssisələrində həyata keçirilən yenidənqurma işlərindən söhbət açdı.

 Nizami rayonu məktəblərinin ötən tədris ilində qazandıqları bir sıra nailiyyətlərdən ətraflı bəhs edən natiq bildirdi ki, bu il rayonun orta ümumtəhsil məktəblərini 2083 şagird bitirmiş, onlardan 1907 nəfəri ali məktəblərə sənəd vermiş, 1262 nəfər, yəni 66,1 faizi tələbə adını qazanmışdır. Qeyd olundu ki, 2014-cü ildə rayon üzrə 3 nəfər 700 bal, 90 məzun isə 600-dən yuxarı bal toplamış, onlardan da 30 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir. Bildirildi ki, bu il dövlət başçısı İlham Əliyevin  sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş 102 nəfər məzundan 7-si Nizami rayonunun məzunudur ki, bu da ölkə üzrə yüksək göstərici hesab olunur. Məruzəçi, həmçinin rayonun pedaqoji işçilərinin və  şagirdlərin bir sıra layihələrdə, eləcə də yerli və beynəlxalq müsabiqələrdə fəal iştirak edərək yüksək nailiyyətlər qazandıqlarını diqqətə çatdırdı, Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə hamını təbrik etdi.

Konfransda Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və başqaları çıxış edərək son illər bütün ölkədə olduğu kimi, paytaxtın Nizami rayonunda da təhsildə qazanılmış nailiyyətləri yüksək qiymətləndirdilər, bu işdə fərqlənən müəllim və şagirdləri təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Sonda yüksək balla ali məktəblərə qəbul olunmuş məzunlar, eləcə də təhsildə, müxtəlif bilik və idman yarışlarında fərqlənmiş məktəblilərə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

 

M.QULİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında