Azərbaycan Universitetində I kurs tələbələri ilə görüş

Azərbaycan Universitetində Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə I kurs tələbələri ilə görüş keçirilmişdir. Tədbirdə rektor Eldar Qəhrəmanov Bilik Günü münasibətilə professor - müəllim heyətini, tələbələri təbrik etmiş, universitetə daxil olan tələbələrə uğurlar arzulamışdır.

Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültələr  haqqında məlumat verən rektor bildirmişdir ki, bu ali təhsil ocağının əsas məqsədi Azərbaycan üçün güclü kadr potensialının formalaşdırılmasında öz səyini əsirgəməməkdir: “Bu şərəfli məsələ bu gün məhz elə buradan - akt zalından başlayır. Gəncliyimiz daha ağıllı, daha mübariz və daha da qüdrətlidir. Azərbaycan Universitetini seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.

Dövlət rəhbərliyi səviyyəsində təhsilə, gəncliyə xüsusi qayğının olmasından danışan rektor Azərbaycan Universitetində vacib islahatların aparıldığını xatırlatmışdır. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan Eldar Qəhrəmanov bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini diqqətə çatdırmışdır: “Sizdən bir məsələ tələb olunur: Oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaqla, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq”.

Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor  tələbələri fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırmışdır.

Görüşdə bildirilmişdir ki, yeni qəbul olmuş tələbələrdən  21 nəfəri təqaüdə layiq görülmüşdür. Bundan başqa, qeyd edilmişdir ki,  yeni qəbul olmuş tələbələrdən 11 nəfər dövlət hesabına təhsil alacaq. Onlardan 8-i Qarabağ müharibəsi şəhidi, yaxud əlilinin övladı, 3-ü isə valideynini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasındadır.

 

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında