Təhsilin keyfiyyəti yüksəlir

Sabirabadda ötən təhsil ilinin yekunlarına və növbəti dərs ilinə həsr olunmuş yığıncaq keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda qeyd olundu ki, son on ildə rayonda 18 yeni məktəb tikilib, 15-i isə əsaslı təmir olunub. Cari ildə Çöl Beşdəli kənd tam orta məktəbi əsaslı təmir olunub, Moranlı məktəbinin tikintisinə başlanılıb. Yaxa Dəllək məktəbinin tikintisinə isə yaxın günlərdə başlanılacaq. Bundan başqa, Türkədi, Çığırğan məktəblərinin tikintisinə də hazırlıq gedir.

Tədbirdə bildirildi ki, təhsildə nəticə, heç şübhəsiz ki, məzunların ali təhsil ocaqlarına qəbulu ilə dəyərləndirilir. Bu baxımdan Sabirabad təhsilinin builki nəticələrini əvvəlki illərlə müqayisədə xeyli uğurlu saymaq olar. Belə ki, ötən il 172 sabirabadlı məzun ali məktəb tələbəsi adını qazandığı halda, bu göstərici bu il 293-dür, yəni, 121 nəfər çox. Bu il həmçinin rayonun iki məktəblisi – Nəriman Nərimanov adına 2 saylı məktəb-liseyin şagirdi Anar Süleymanov və Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin şagirdi  Emil Aslanlı qızıl medal qazanmışlar. 10 məzun 600-dən, 32 məzun isə 500-dən çox bal toplayaraq tələbə adını qazanmışlar.

Tədbirdə iştirak edən yenicə tələbə adını qazanmış məzunlar və onların valideynləri çıxış edərək təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

 Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov son illər rayonda təhsilin inkişafı üçün əlverişli mühitin yaradıldığını bildirdi. O qeyd etdi ki, qazanılan uğurlarda müəllimlərin əməyi danılmazdır və hər bir tələbə bütün ömrü boyu bunu unutmamalıdır. İcra başçısının sözlərinə görə, rayonda yeni məktəblərin tikintisi və əsaslı təmiri təhsilin yüksək səviyyəyə qalxması üçün əlavə stimul yaratsa da, ən əsası, əzmkarlıq, yaradılmış şəraitdən əlverişli istifadə etmək bacarığıdır. Bunlar olduğu təqdirdə istənilən uğuru qazanmaq, istənilən zirvəni fəth etmək olar. Rayon rəhbəri yüksək göstəricilərlə tələbə adını qazanmış gənclərə tövsiyələrini də bildirdi, onlara doğulduqları kəndləri, doğma rayonlarını və doğma respublikalarını sevmələrini və Vətənin inkişafı üçün imkanlarını sərf etmələrini arzuladı.

Daha sonra rayon icra hakimiyyətinin başçısı yüksək nəticələrlə tələbə adını qazanmış məzunlara qiymətli hədiyyələr bağışladı.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında