Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasının açılışı olub

Sentyabrın 9-da Nizami rayonunda yerləşən Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasının açılışı olub.

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.

Məlumat verilib ki, bu kompleks Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Burada təhsil ingilis dilində aparılacaq. Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya fənləri isə ana dilində tədris olunacaq. Britaniya-Uels təhsil standartı üzrə fəaliyyət göstərəcək 1200 şagird yerlik kompleksdə ilk vaxtlar 600 şagird təhsil alacaq. Məktəb kompleksində müasir üslubla tikilmiş və bütün zəruri avadanlıqlarla təchiz olunmuş 30 sinif otağı, kitabxana, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, örtülü idman zalı, iki üzgüçülük hovuzu, futbol, voleybol və basketbol meydançaları, trenajor zalı var. İbtidai və orta təhsil bölmələri üçün 200 yerlik bir neçə yeməkxana və mətbəx, tibb məntəqəsi, kompüter otaqları, qeyri-tədris sahələri, eləcə də müasir SPA kompleksi və həyətyanı park yaradılıb.

Bildirilib ki, kompleksdə təlim-tədris prosesi üç yaşından başlayaraq məktəbəqədər, ibtidai, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək. Təhsil ocağında dörd birinci sinif və hər birində üç sinif olmaqla 2-8-ci sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına malik olacaqlar. Məktəbdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Təhsil kompleksindəki 80 yerlik yeni tipli uşaq bağçasında isə təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunacaq.

Kompleksdə yaradılan şəraitdən razı qaldığını söyləyən Rövnəq Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması, onlara müasir standartlar səviyyəsində bilik və bacarıqlar aşılanması üçün nəzərdə tutulan yeni tipli təhsil müəssisəsidir.

Beynəlxalq standartlara uyğun ən müasir tədris planları və texnologiyaları əsasında fəaliyyət göstərəcək bu kompleksin Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını bildirən R.Abdullayev Dövlət Neft Şirkəti tərəfindən bundan sonra da respublikamızda təhsilin, elmin, idmanın, səhiyyənin və mədəniyyətin inkişafına xidmət göstərəcək layihələr həyata keçiriləcəyini vurğulayıb.

ARDNŞ-in prezidenti təhsil kompleksinin yeni binasının açılışı və yeni tədris ilinin başlaması münasibəti ilə pedaqoji kollektivi təbrik edib.

Sonra mərasim iştirakçıları kompleksdə yaradılan şəraitlə tanış olublar.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında