Layihənin bütün iştirakçıları mükafatlandırılacaq

Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Bu proqramın davamı olaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb.

Bilik Fondunun informasiya təminatı şöbəsindən verilən məlumata görə, Bakının 190  nömrəli  məktəbi Şəkinin 7 nömrəli məktəbinin,  paytaxtdakı 145 nömrəli  məktəb Ağstafanın 1 nömrəli məktəbinin, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi Tovuzun  Qovlar şəhər orta məktəbinin qonağı olub.

Əvvəlcə şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məktəblər arasında imzalanan “Qardaşlaşma sazişi”nin müddəaları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib.

Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdiyi  rayonun və məktəbin təqdimatını keçirib.

Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəyə ekskursiya edəcək,  həmçinin “dəyirmi masa”lar  keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, burada təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar.

Şagirdlər layihədə iştirak etdiklərinə görə Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi sentyabrın 15-dək davam edəcək. Bu mərhələdə müxtəlif bölgələrdəki 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaqlar.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında