Göyçay məktəbliləri İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiyadan zəngin təəssüratlarla qayıtdılar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində sonuncu ekskursiyanın ünvanı olan İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən göyçaylı şagirdlər sentyabrın 6-da axşam saatlarında rayona qayıtdılar. AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları rayon rəhbərliyi, müəllimlər və valideynlər tərəfindən qarşılandılar.

Qrupun rəhbəri, Göyçay şəhər 1 nömrəli orta məktəbinin müəllimi Cəfər Əliyev tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd günlük səfər son dərəcə maraqlı və yaddaqalan oldu. Bu səyahətin xoş təəssüratları uzun zaman unudulmayacaq. Biz ekskursiya zamanı istirahət etməklə yanaşı, bütün regionlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq. Bu ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları  ilə qəbul olunmuş regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir. Marşrut boyu biz bu inkişafı müşahidə etdik”.

Göyçay şəhər 7 nömrəli orta məktəbinin 10-cu sinif şagirdi Humay Paşayeva dörd günlük səfər təəssüratlarını belə ifadə etdi: “Tur-aksiya çox maraqlı keçdi. Vətənimizin təbiəti bizi valeh etdi. Qədim tarixi abidələrdə olduq, İsmayıllının, Qəbələnin, Şəkinin görməli yerlərini gəzdik. Xüsusən Şəki Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki xanlarının sarayı, İsmayıllı rayonun Lahıc qəsəbəsi, qədim Qəbələnin müasir inkişafı məndə yüksək təəssürat yaratdı. Tur-aksiyanın təşkilatçılarına şagird dostlarım adından minnətdarlığımı bildirirəm”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında