Milli təhsilimiz yeni inkişaf mərhələsində

Azərbaycan Respublikası  son illər sürətlə inkişaf edir,  bütün sahələrdə qazanılan  əsaslı  nailiyyətlər  ölkəmizi Cənubi Qazqazın lider  dövlətinə çevirib.  Bu nailiyyətlərin əsasında  həyata  keçirilən məqsədyönlü, davamlı  siyasət  dayanır.

Ulu öndər Heydər Əliyevin  başladığı islahatları uğurla həyata  keçirən  Prezident İlham  Əliyev  Azərbaycanı  sürətli inkişaf yoluna  çıxarıb.  Ölkəmiz  indi  nüfuzlu  beynəlxalq  təşkilatlarla  yaxından əməkdaşlıq edir,  ən iri  beynəlxalq layihələrə  qoşulur. 

Təkcə iqtisadiyyatda deyil, sosial sahələrdə qazanılan  nailiyyətləri də  xüsusi olaraq  qeyd etmək lazımdır. Təhsil  sahəsidə həyata keçirilən islahatlar artıq yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə,  hər bir ölkənin  təhsil sisteminin vəziyyəti həmin ölkənin  dayanıqlı ardıcıl inkişafını  təmin edən əsas amillərdən  biridir. İnsan kapitalının formalaşması  üçün  təhsilin yüksək səviyyədə  təşkili  vacib şərtdir.

Müstəqil Azərbaycanda  təhsil islahatlarına  1999-cu ildən başlanmışdır. Həmin vaxtdan ötən dövr ərzində  ölkədə  təhsil sistemi yeniləşmiş, təhsilin keyfiyyəti yüksəlmiş, məktəblərimizə informasiya texnologiyaları  gətirilmiş, yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir olunması, məktəblərin maddi-texniki bazasının  gücləndirilməsi və s. sahələrdə  ciddi uğurlar qazanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu dövrdə təhsillə bağlı  20-dən çox  dövlət proqramı qəbul olunmuş və bu proqramlar  uğurla reallaşdırılmışdır. Dövlətimiz həmişə  təhsilin inkişafını diqqət mərkəzində saxlamış və bu  gün də təhsil inkişafımızın prioritet istiqamətlərindəndir.

Son illər  Təhsil Nazirliyi dövlətimizin bu sahədəki siyasətini daha çevik  həyata keçirmək üçün yeni layihələr hazırlayıb reallaşdırır. İstər  təhsilin keyfiyyətli təşkili, istər yeni  dərsliklərin  nəşri, istərsə də  pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi istiqamətində  çox ciddi addımlar atılır.

Söz yox ki, bu günün məktəbi dünənki məktəb deyil. Hazırda məktəblərimiz qarşısında daha ciddi vəzifələr qoyulub. Bu yaxınlarda  Təhsil Nazirliyində  2013-2014-cü  dərs ilinin yekunları  və qarşıda duran vəzifələrə  həsr olunmuş müşavirədə nazir Mikayıl Cabbarov bu vəzifələri bir daha  nəzərə çarpdırdı. Ötən dərs ilində  təhsilin inkişafı ilə bağlı  bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini deyən nazir bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğuladı. Məktəbəqədər təhsilin əhəmiyyətinə toxunan təhsil naziri bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə də diqqət çəkdi.

Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirdi

Mən uzun illər təhsil sahəsində  çalışıram və son vaxtlar  həyata  keçirilən  islahatların uğurlu  nəticələr verəcəyinə  inanıram. Rəhbərlik etdiyim  244 nömrəli məktəbdə  də təhsilin  yeniləşməsi istiqamətində işlər davam  etdirilmişdir. Ən əsas olan budur ki,  məktəbimizin maddi-texniki bazası gücləndirilmiş, hər 20 şagirdə  bir kompyuter nisbəti  həll olunmuş, elektron dərsliklərdən istifadə edilməyə başlanılmış, istilik sistemi  yenidən qurulmuşdur. İki il əvvəl məktəbimizdəki şagird sıxlığı nəzərə alınaraq 640 yerlik  əlavə korpus inşa edildi.

Ötən dərs ilində qazandığımız  nailiyyətlərdən  bəzilərini də diqqətə çatdırmaq istərdim. Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin  təşəbbüsü ilə  Vilyam Şeksprin  yubileyi ilə  bağlı  keçirilən müsabiqədə məktəbimizin müəllimi Bahar Muradova və üç nəfər şagirdimiş birinci yeri tutmuşlar. Hər il olduğu kimi, ötən dərs ilində də Binəqədi rayonunda keçirilmiş məktəblərarası  spartakiada da məktəbimizin şagirdəri birinciliyi qoruyub saxlaya bilmişlər.

Ötən dərs ilində məktəbimizdə 1800-ə yaxın şagird təhsil alırdı. Onlardan 138 nəfəri məktəbi bitirmiş, 125 nəfəri  ali və orta ixtisas məktəblərinə qəbul imtahanı  vermişlər. 74    məzunumuz  ali, 12 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Bir nəfər isə  xaricdə ali təsil alacaq. Ali məktəblərə qəbul olunanlardan  19  məzun 500,  4 nəfər isə 600-dən yuxarı bal toplamışdır.

Yaxın günlərdə yeni dərs ili başlayacaq. Məktəbimiz yeni dərs ilinə hazırdır, şagirdlərimizi səbrsizliklə gözləyirik.

 

Yəhya ABBASOV,

Binəqədi rayonundakı 244 nömrəli məktəbin direktoru,

fəlsəfə üzrə fəlsəfə doktoru

  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında