Azərbaycan ilə Türkmənistan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin açılış mərasimində iştirak etmək məqsədi ilə Türkmənistanın  paytaxtı Aşqabadda səfərdə olub.

Təntənəli açılış mərasimindən sonra Hafiz Paşayev universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Sonra Hafiz Paşayevi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qəbul edib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Türkmənistan dövlətinin başçısına çatdırıb.

Onun da səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edən Türkmənistan dövlətinin başçısı ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Görüşdə Türkmənistan-Azərbaycan dialoqunun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hafiz Paşayev son illər Azərbaycan ilə Türkmənistan arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşməsinin, həmçinin yanacaq-enerji və nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı əlaqələrin genişlənməsinin önəmini vurğulayıb. 

Təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərindən danışan Hafiz Paşayev yeni istifadəyə verilən Aşqabad Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin Türkmənistanda tədrisin beynəlxalq səviyyədə təşkili üçün çox yaxşı imkanlar açacağını deyib.

Görüşdə vurğulanıb ki, dövlətlərimizin başçıları  arasında  dostluq və qarşılıqlı hörmət münasibətləri mövcud konstruktiv dialoqun  bütün istiqamətlərdə dərinləşməsinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə töhfə verir.

Qeyd edilib ki, Xəzər regionunda qonşu olan ölkələrimiz müasir dövrün aktual problemlərinin həllinin  daha optimal yollarının axtarılmasında strateji tərəfdaşlar kimi çıxış edirlər.  Bu  problemlərin ən vacibi,  ilk növbədə, qlobal enerji təhlükəsizliyinin təmin edilməsidir. 

Səfər çərçivəsində H.Paşayev Türkmənistanın xarici işlər naziri  R.Meredov, Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Münasibətlər İnstitutunun rektoru B.Zaxırov ilə də görüşüb.

Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edib.

 

İlahə ƏHMƏDOVA,

AzərTAc-ın xüsusi müxbiri

Aşqabad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında