Şəki füsunkar təbiəti və nadir tarixi-memarlıq abidələri ilə məşhurdur

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Ucar və Yevlax məktəbliləri ekskursiyanın üçüncü günündə - avqustun 30-da qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular.

AzərTAc xəbər verir ki, səfər proqramına uyğun olaraq məktəblilər onlar üçün ayrılmış xüsusi avtobuslarla “Yuxarıbaş Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Məlumat verildi ki, qoruğu əhatələyən əzəmətli qala divarları Çələbi xanın dövründə, təxminən 1743-1755-ci illərdə inşa edilib. Bildirildi ki, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan Şəki, həm də ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Ötən il bu diyara 100 minə yaxın yerli və xarici turist gəlib. Vurğulandı ki, Şəkiyə gələn turistlər, ilk növbədə ”Yuxarıbaş Tarix-Memarlıq Qoruğunun ərazisini gəzirlər. Çünki bu ərazidə nadir tarixi-memarlıq abidələri, o cümlədən Şəki xanlarının sarayı yerləşir.

Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq məktəblilərin xüsusilə böyük marağına səbəb oldu. Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdirdilər.

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan sonra məktəblilər bu ərazidə yerləşən Yay teatrına gəldilər. Şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramı məktəblilərdə xoş əhval-ruhiyyə yaratdı.

Səfər proqramına uyğun olaraq Ucar və Yevlax məktəbliləri daha sonra XVIII əsrin sonu, XIX əsrin əvvəlində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış oldular, XIX əsrə aid memarlıq abidəsi Şəki Cümə məscidini ziyarət etdilər, digər tarixi məkanlara baş çəkdilər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında