Məktəblilər Şəmkir və Göygölə ekskursiyadan məmnun qalıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya qoşulan Cəlilabad və Biləsuvar məktəbliləri Gəncədən sonra avqustun 27-də Şəmkir və Göygöl rayonlarında olublar.

AzərTAc xəbər verir ki, səhər tezdən Şəmkirə gələn şagirdləri rayon icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşılayıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayan məktəblilərə məlumat verilib ki, Böyük İpək Yolu üstündə yerləşən bu qədim şəhər 2007-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmalarından aydın olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra Rusiya qoşunlarının hücumuna məruz qalıb və dağıdılıb.

Orta əsr Şəmkir qalasının dağıntıları qarşısında xatirə şəkli çəkdirən məktəblilər sonra Heydər Əliyev və Gənclər Mərkəzlərində, bayraq muzeyində, abidələr və istiqlal parklarında, XVIII əsr alman kilsəsində olublar.

Şəmkirlə tanışlıqdan sonra Cəlilabad və Biləsuvar şagirdləri Göygölə səfər etdilər. Burada mehribanlıqla qarşılanan məktəblilər tur-aksiyanı Heydər  Əliyev parkından başlayıblar. Parkda Heydər Əliyev, Gənclər və Uşaq-Əyləncə Mərkəzləri , həmçinin qapalı və üstüaçıq idman meydançaları fəaliyyət göstərir ki, bu da gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar açır.

Məktəblilər parkın ərazisini gəzdikdən sonra vaxtilə almanların yaşadıqları və iki əsrdən sonra əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılmış küçələri gəzdilər, sonuncu alman Viktor Klaynın mənzil-muzeyinə baxıblar.

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə keçirilən tur-aksiyadan razı qalan Cəlilabad şagirdlərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Əminağa İsbarov AzərTAc-a müsahibəsində deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili qayğısına da qalır. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası buna bariz nümunədir. Üç gündür ki, Gəncə, Şəmkir və Göygöldə maraqlı ekskursiyalar keçirir, bölgənin tarixi yerləri, maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə tanış olduq. Biz də, şagirdlər də bu turdan böyük zövq aldıq. Buna görə ölkəmizin rəhbərinə minnətdarıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında