Bərdə və Naftalan məktəbliləri Qəbələdə

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Bərdə rayonundan və Naftalan şəhərindən olan iştirakçıları İsmayıllı ilə tanışlıqdan sonra avqustun 25-də axşam saatlarında Qəbələyə gəldilər.

Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən şagirdlər proqrama uyğun olaraq avqustun 26-da rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Əvvəlcə şagirdlərə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə təşkil edilən və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verildi. Sonra Bərdə və Naftalanın orta ümumtəhsil məktəblərini təmsil edən 80 şagird musiqili-əyləncəli tədbirə qatıldı.

Şagirdlərə Qəbələnin tarixi, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verildi, onların sualları cavablandırıldı. Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirildi, musiqili-əyləncəli gecə təşkil olundu.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında