Dövlət Gömrük Komitəsinin Akademiyasında ən müasir tədris üsulları tətbiq olunacaq

Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil ocağına qəbul olan tələbələrin valideynləri ilə görüş keçirilib. Komitədən AzərTAc-a verilən məlumata görə, görüşdə akademiyanın məram və prinsipləri, tətbiqi nəzərdə tutulan tədris üsulları, gömrük işinin təşkilində yüksək ixtisaslı kadrlara olan tələbat haqqında məlumat verilib.

Akademiyaya qəbul olunan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcək. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində tədrisi planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək. Auditoriyalarda quraşdırılan kameralar vasitəsilə təhsil prosesinə daim nəzarət etmək mümkün olacaq.

Görüşdə təhsil prosesində tətbiq ediləcək daha bir yenilikdən də bəhs olunub. Belə ki, valideynlər xüsusi şifrələr vasitəsilə virtual olaraq övladlarının qiymətləri, tədris prosesində göstərdikləri fəallıq barədə məlumat ala biləcəklər.

Daha sonra valideynləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında