Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq

 

 

Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq.  Bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev AzərTAc-a müsahibəsində söyləyib.

Kamal Abdullayev deyib ki, dövlət başçısının 2014-cü il 7 və 15 may tarixli  fərmanlarına əsasən  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və  Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzi  yaradılıb.  Artıq Bilik Fondu formalaşma prosesini tamamlayıb,  Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir.

“Bizim müxtəlif ideoloji istiqamətlərdə gördüyümüz işlərin sırasında  elələri var ki, onlar bu qurumlar vasitəsilə  daha sistemli həyata keçiriləcək və azərbaycançılıq ideologiyasının təbliğində öz rolunu oynayacaq”, -deyən Kamal Abdullayev qeyd edib ki, bu fəaliyyət həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə yönələcək, eyni zamanda milli, mədəni, tarixi, dini məsələlərdə faydalı nəticələrini verəcək.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri bildirib ki, ölkəmizin bir çox regionlarında olduğu kimi, qədim Naxçıvan torpağında da yaradılacaq Bilik Fondu və Multikulturalizm Mərkəzi burada yerli ziyalıların, yeniyetmələrin, gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təşviq edilməsi istiqamətində faydalı işlər görəcəkdir.

Bilik Fondunun bu il  öz fəaliyyətinə  Bilik Günündə  başlayacağını bildirən Kamal Abdullayev onu da əlavə edib ki, fəaliyyətlə bağlı artıq bir çox layihələr mövcuddur.  Tədrislə, təhsillə, mədəniyyətlə bağlı tədbirlər bir sıra məktəblərdə ilboyu həyata keçiriləcək.  Bununla bizim gənclərimizin, yeniyetmələrimizin fəallığı artacaq,  onların fəaliyyətləri daha mənalı olacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında