Ulyanovsklı uşaqlara hədiyyə

Xəbər verdiyimiz kimi, Rusiyada Bilik Günü münasibətilə Ulyanovsk şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş məktəb binası istifadəyə verilmişdir. Bu əlamətdar hadisə ilə əlaqədar Rusiya KİV-lərində silsilə materiallar dərc olunur. AzərTAc "İzvestiya" qəzetində dərc olunmuş "Ulyanovsklı uşaqlara hədiyyə" məqaləsini təqdim edir.
Sentyabrın 1-də Rusiya xəritəsində daha bir məktəb qeydə alınmışdır. Bu, Heydər Əliyev Fondunun Ulyanovsk şəhərinə hədiyyəsidir. İndi tamamilə yenidən qurulmuş köhnə bina adi yeniyetmə ulyanovsklıların təhsil aldığı ən müasir təhsil müəssisəsinə çevrilmişdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Bilik Günündə binanın açılışında Fruktovaya küçəsindəki yenilənmiş məktəbin rəmzi açarlarını bu təhsil ocağının əsl sahiblərinə - şagirdlərə təqdim etmişdir. Bu yaxınlaradək baxımsız qalmış, indi isə yenilənmiş bu adi, lakin ən müasir avadanlıqla təchiz olunmuş orta məktəbdə müxtəlif millətlərdən olan uşaqlar, o cümlədən 5 azərbaycanlı şagird təhsil alır. Məktəbdə geniş sinif otaqları, idman zalı, Azərbaycan tarixi və mədəniyyəti muzeyi vardır. Təhsil ocağındakı emalatxanada uşaqlar qardaş xalqın tətbiqi sənət nümunələri ilə məşğul olacaq, Azərbaycan mədəniyyətini öyrənəcəklər. Bu, yeniyetmələrin millətlərarası ünsiyyət ruhunda tərbiyə olunmasının əsl nümunəsidir. Bu layihədə şəhər və vilayət administrasiyaları ilə yanaşı, Heydər Əliyev Fondu da bilavasitə iştirak etmişdir. Məktəbin bərpa edilməsi təşəbbüsünü isə fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva irəli sürmüşdür. Bu məktəb onun daha bir humanitar layihəsidir. Humanitar proqram çərçivəsində 2005-ci ildən təkcə Rusiyada deyil, Pakistanda, Misirdə, Gürcüstanda 300-ə yaxın məktəb açılmışdır.
"Nə üçün Azərbaycan Ulyanovskdakı məktəbi seçmişdir" sualının cavabı sadədir: bu regiona diqqət hələ Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdən yaranmışdır. Həmin dövrlərdə Heydər Əliyev Ulyanovsk vilayəti üçün çox işlər görmüşdür. Ulyanovsklılar minnətdarlıq əlaməti olaraq şəhərin mərkəzində Heydər Əliyevə abidə ucaltmışlar. İndi onun oğlunun - Azərbaycan Prezidenti İlham Əliyevin xanımı bu ənənəni davam etdirir.
Ulyanovsk vilayətinin qubernatoru Sergey Moroz məktəbi qəbul edərək demişdir: "Bizim birgə səylərimiz sayəsində şəhərin xəritəsində çox maraqlı mikrorayon qeydə alınmışdır. Heydər Əliyev adına meydanda gənclər gəzintiyə çıxır, uşaqlar oynayır, ahıllar dincəlirlər. İndi Heydər Əliyev Fondundan olan tərəfdaşlarımız bizə müasir məktəb binasını hədiyyə etmişlər. Sağlam millətlərarası münasibətlərin mozaikası da məhz belə yaranır. Millətlər Şurasının növbəti iclasını mütləq burada keçirəcəyik. Qoy hamı görsün ki, bu, mümkündür. Bu təcrübə hamı üçün nümunəyə çevriləcəkdir".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında