Bilik Fondu “Dini abidələrdə tarixin izləri” adlı ilk layihəsinin icrasına başlayır

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrin keçirilməsinə başlayır.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, ilk layihə “Dini abidələrdə tarixin izləri” adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq və  məbədlərdə  tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək,  Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək.

Layihənin  keçiriləcəyi ilk məkan Bərdə İmamzadə məscidi  olacaq.

Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadə kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına,  bərpa işlərinin aparılmasına ehtiyac var.

Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov  layihənin əhəmiyyətini vurğulayıb: “Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdir. Bu layihənin həyata keçirilməsində lazım olan  köməyi göstərməyə hazırıq”.

“Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri və  Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda “dəyirmi masa” keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.

Layihənin əsas məqsədi Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Bilik Fondu yaxın gələcəkdə müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bunlardan “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +”,  “Qardaşlaşmış məktəblər” layihələrinə hazırlıq prosesi gedir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında