Tələbə-jurnalistlər üçün təhsil təqaüdü

Azərbaycan Mətbuat Şurasından aldığımız məlumatda deyilir ki, bu media qurumu abituriyentlərin jurnalistika üzrə qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün ali təhsil təqaüdü təsis edib. Təqaüd 500 bal həddini keçərək, qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə veriləcək.

 Azərbaycan Mətbuat Şurasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış Qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov bu qərarı açıqlayaraq bildirib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən 441 abituriyent var. Onlar 200 bal həddini aşıblar. Abituriyertlərdən 247-si imtahanı paytaxtda, digərləri isə bölgələrdə verəcək. Abituriyentlərin 10 faizinin topladığı bal 500-dən yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə veriləcək.

Ə.Amaşov daha sonra deyib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, mövzunu əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar.

 Şura sədri ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işlərinin başa çatdığını, ali təhsil təqaüdünün məbləğinin isə ilk mərhələdə ayda 60 manat olacağını diqqətə çatdırıb.

 

R. TAHİR,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında