Gənc müəllimlərə güzəştlər artırılıb

Son illər gənclərə qayğı əsaslı şəkildə artmaqdadır. Gənc pedaqoji kadrlara güzəştlərin edilməsi bunun əyani təzahürüdür. Ucqar kənd məktəblərində işləməyə göndərilən gənc müəllimlərə daha çox diqqət göstərilir. Bu il isə onlar dövlət güzəştlərindən kifayət qədər bəhrələnə biləcəklər.
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, 2010-2011-ci tədris ili üçün Azərbaycanın orta məktəblərinin həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlərində işləmək istəyən pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın 15-dək nazirliyə müraciət edə bilərlər. Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" yeni qərarına əsasən gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb, ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulur. Qərara uyğun olaraq güzəştlər dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti orta məktəbdə davam etdirən, pedaqoji məktəbi bitirmiş gənclərə şamil edilir. Həmin gənclərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətləri ödəmək üçün 40 manat məbləğində kompensasiya veriləcək.
Eyni zamanda, işə yeni başlayanların yaşayış sahələrinə ehtiyacları ödəniləcək, torpaq sahələri ayrılacaq, ipoteka kreditləri veriləcək.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayan hər bir müəllimə üçün qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, həm də 3 il müddətində 70 manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcək. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 manat maliyyə vəsaiti ödəniləcək. Qeyd edək ki, qərarın icrası üçün bu il yerli büdcə xərclərində 5,0 milyon manat vəsait nəzərdə tutulub.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında