Təhsil naziri: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların sayı bu il 3000-ə çata bilər

2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının 3000-ə çatacağı gözlənilir.

 Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk tələbələrlə keçirdiyi görüş zamanı demişdir.

Nazirin sözlərinə görə, bu gün də həmin proqram genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq hüququna malikdir: “Əminəm ki, gələcəkdə təhsilinizi uğurla başa catdırdıqdan sonra cəmiyyətin inkişafında mühüm rol oynayacaqsınız. Qloballaşan dünyada siz öz rəqabət qabiliyyətinizi xaricdəki ali məktəblərə qəbul olmaqla sübut etmisiniz. Ancaq sizin gələcək uğurlarınızın əldə olunması üçün yalnız bu amil kifayət etmir. Aydın məqsəd və bunlara nail olmaq üçün zəhmət və əziyyət lazımdır, günlərlə, aylarla arzularınıza çatmaq üçün öz üzərinizdə işləməlisiniz”.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan öz vətəndaşları üçün həm təhsil, həm də yaşayış xərclərini əhatə edən təhsil proqramları tətbiq edən nadir ölkələrdən biridir. Bu da Azərbyacanın sosial yönümlü dövlət olmasından, təhsilə böyük əhəmiyyət verməsindən irəli gəlir.

Nazir qeyd etmişdir ki, dövlət proqramında iştirak etməyin əsas şərtlərindən biri tələbənin akademik göstəricisinin yüksək olmasıdır. Ancaq hər bir tələbə Azərbaycanın xarici ölkələrdə yerləşən səfirlikləri ilə sıx münasibətdə olmalıdır: “Bu gün dünyanın hər bir ölkəsində Azərbaycanın tarixi həqiqətləri, Qarabağ münaqişəsi barədə məlumatlar bədnam qonşular tərəfindən təhrif olunmuş şəkildə yayılır. Bu reallıqların çatdırılmasında hər birinizin öz töhfəsi ola bilər. Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, səfirliklərlə əlaqədə olmaq və bu istiqamətdə fəaliyyət göstərmək vətəndaşlıq borcudur”.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında