Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını 17 bakalavr və 11 magistr fərqlənmə diplomu ilə bitirmişdir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında növbəti məzun buraxılışına həsr olunan mərasim keçirilib. Dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 102 məzunu unudulmaz anlar yaşayıb.

AzərTAc xəbər verir ki,  mərasimdə  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva bu ali məktəbdə artıq üçüncü ildir bakalavr  və ilk dəfədir magistrlər buraxılışının qeyd edildiyini bildirib.

Rektor məzun gününü universitetin həyatında əlamətdar hadisə adlandırıb, ali məktəbi 17 bakalavrın və 11 magistrin fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb. Məzunların dünyada şöhrət qazanan universitetin diplomuna sahib olacaqlarını bildirən N.Paşayeva həmişə olduğu kimi, məzun günündə də ali təhsil ocağında qonaqların iştirak etdiyini diqqətə çatdıraraq diplomları təqdim etmək üçün onları səhnəyə dəvət edib.

Rektor məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların Azərbaycanın rifahı naminə çalışacaqlarına əminliyini bildirib.

Bakı filialının rəhbəri hazırda vacib layihə üzərində iş aparıldığını da qeyd edib. Diqqətə çatdırıb ki, yaxın vaxtlarda Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzi fəaliyyətə başlayacaq.

AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva hazırda Bakı filialında 5 fakültənin-kimya, riyaziyyat, filologiya, psixologiya və iqtisadiyyat fakültələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu günədək M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən 1200-dən çox müəllim dünya  şöhrətli ali məktəbin Bakı filialında dərs deyib.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək üçüncü dəfədir Bakı filialında məzun günündə iştirak etdiyini söyləyib. Bu filialın açılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamını xatırladan səfir universiteti Rusiya və Azərbaycanın birgə uğurlu layihəsi kimi dəyərləndirib, hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Məzunlar çıxış edərək universitetdə tələbələr üçün gözəl mühitin yaradıldığını və bunun sayəsində gənclərin təhsildə daha yüksək nəticələr əldə etdiklərini, burada bir ailə kimi yaşadıqlarını söyləyiblər. Məzunlar onlara daim dəstək olan universitetin rəhbərliyinə, müəllim və valideynlərinə minnətdarlıqlarını bildiriblər.

Sonra məzunların ənənəvi andı səslənib, beynəlxalq tələbələr himni ifa edilib. Məzunlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi fəxri adını ləyaqətlə daşıyacaqlarına söz veriblər. 

Tədbir bədii hissə ilə davam edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında