Azərbaycanın idarəçilik təcrübəsi beynəlxalq tədris proqramlarında

Azərbaycan Prezidenti İlham Əliyevin innovativ dövlət idarəçiliyi təcrübəsi və onun təməlində dayanan elm və texnologiyaların, bilik iqtisadiyyatı, elmyüklü istehsalın həvəsləndirilməsi, eyni zamanda, rəqabətədavamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi kimi amillərlə bağlı biliklər bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yeni tədris proqramlarına daxil edilib və tədrisin müxtəlif pillələrində öyrənilir.

Azərbaycan Prezidentinin uğurlu dövlət idarəçiliyi strategiyası, bu strategiyanın həyata keçirilməsi nəticəsində formalaşan özünəməxsus inkişaf modelinin tədrisi təcrübəsi Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq edən elm və təhsil qurumlarının da böyük marağına səbəb olub.

Məhz bu marağın təmin edilməsi məqsədilə bu günlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun  “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları” adlı dərsliyi Türkiyənin Anadolu Universitetinin təşəbbüsü ilə türk dilinə tərcümə edilib. Türk dilində “Sürdürülebilir İnsani Gelişim və Ekoloji Sivilizasyonun Esasları” adlanan bu kitabda qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən və xüsusi aktuallığı ilə seçilən, BMT tərəfindən XXI əsrin prioriteti kimi müəyyənləşdirilmiş davamlı insan inkişafı konsepsiyası, insan inkişafı amilləri və göstəriciləri, onların qiymətləndirilməsi, ekoloji sivilizasiyanın xüsusiyyətləri, ətraf mühitin idarə edilməsi, bu istiqamətdə tətbiq edilən idarəetmə texnologiyaları, davamlı inkişafın planlaşdırılması məsələləri və BMT-nin Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabatları barədə ətraflı bilgi və təhlillər yer alıb. Kitabda, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumlar tərəfindən hazırlanmış hesabatlar əsasında Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və əldə olunmuş uğurlar mərhələ-mərhələ araşdırılıb və əsaslandırılıb. Qeyd olunub ki, beynəlxalq statistik hesabatlarda əksini tapan gerçəkliklər ilk növbədə dövlətimizin başçısının uğurlu idarəetmə bacarığının göstəricisidir. Bununla yanaşı, ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, güclü beynəlxalq statusunun formalaşmasında, institusional sahədə islahatların müvəffəqiyyətlə nəticələnməsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu vardır.

Nəticə etibarilə kitabın Anadolu Universitetinin nəşriyyatında çap edilməsində məqsəd Azərbaycanın uğurlu inkişaf modeli haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmaq, eləcə də elmi dairələri analitik elmi müqayisə və təhlillər aparmaq üçün dəyərli mənbə ilə təmin etməkdən ibarətdir. Ali məktəb müəllimləri və tələbələri, elmi ictimaiyyət, sahə üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş dərsliyin elmi mənbə kimi beynəlxalq tədris proqramlarında istifadəsi nəzərdə tutulur. Nəşr olunan əsər Anadolu Universiteti tərəfindən Türkiyənin 120 dövlət qurumuna, 130 universitet və elmi tədqiqat mərkəzinə göndərilib.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında