Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilmişdir

İyulun 2-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tələbələrinin “Məzun günü” münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə çıxış edən rektor, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarını təhlil etmiş, Prezident İlham Əliyevin biliyə, təhsilin inkişafına göstərdiyi diqqətdən danışmışdır.

Müasir dövrdə dövlətin gücü və qüdrətinin təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual potensialı, insan potensialı ilə müəyyən edildiyini deyən Urxan Ələkbərov bildirmişdir ki, məqsədimiz DİA-nın hazırladığı kadrların müasir tələblərə cavab verməyi bacarmaları, yeni kreativ nəslin formalaşmasında, insan kapitalının inkişafı və davamlılığının təminində Azərbaycan dövlətinin həyata keçirdiyi prosesə töhfə vermək, dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirməkdən ibarətdir. Rektor Prezident İlham Əliyev ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da elm, təhsil və mədəniyyətin inkişafı sahəsində xidmətlərini qeyd etmişdir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır. O demişdir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə ən yeni texnologiyaya əsaslanan infrastruktura malik, keyfiyyət göstəricilərinə görə dünyada qabaqcıl mövqe tutan müasir təhsil sistemi yaratmaq məqsədi qarşıya qoyulmuşdur. Bu strategiyanın həyata keçməsində şübhəsiz ki, Dövlət İdarəçilik Akademiyasından böyük gözləntilər vardır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yer tutduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu gün gənclərin inkişafı üçün yaradılan şərait onların cəmiyyətin bütün sahələrində təmsil olunmalarına imkan verir.

Valideyn və məzunların da çıxış edərək ürək sözlərini dedikləri tədbir bədii hissə ilə davam etmişdir. 

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında