“Tyutor hazırlığı” təlimləri başa çatmışdır

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələri üçün “Tyutor hazırlığı” təlimlərini müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

   Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rektor bildirmişdir ki, Təhsil Nazirliyinin sifarişi ilə təşkil olunan bu təlimlər Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası”na əsasən tətbiq edilən təhsildə kredit sisteminin tərkib hissəsidir. Bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb.

Baloniya sistemində tyutorların əhəmiyyətindən danışan rektor bildirmişdir ki, iki ay davam edən təlimlər universitetin təcrübəli təlimçiləri tərəfindən həyata keçirilmişdir.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında qeyd etmişdir ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunmuşdur. Bu səbəbdən də təlimlərin keçirilməsi məhz bu universitetə həvalə olunub.

    Qeyd edək ki, orta ixtisas təhsili müəssisələri üçün ilk dəfə təşkil olunan təlimdə ölkədə fəaliyyət göstərən 48 orta ixtisas müəssisəsindən nümayəndələr iştirak etmişlər. Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na əsasən tərtib olunmuşdur.

Kursun ümumi həcmi 174 saat, o cümlədən mühazirə dərsləri 36 saat, məşğələ dərsləri isə 138 saat təşkil edir. Təlim iştirakçıları həmçinin ADİU-nin Qeydiyyat şöbəsində fəaliyyət göstərən tyutorların yanında təcrübə keçmişlər.

Təlim ən müasir, interaktiv üsullarla aparılmış, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaratmışdır. Təlimdə dərslər kredit sistemi ilə tədrisin təşkili qaydarı əsasında keçirilmişdir. Keçirilən mövzuları tam mənimsəmək üçün Virtual kollec yaradılmışdır.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

Elnarə ÖMƏROVA

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında