Azərbaycan Turizm İnstitutunun nümayəndə heyəti Almaniyada Tempus layihəsi çərçivəsində konfransda iştirak etmişdir

ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə Turizm İnstitutunun bir qrup əməkdaşı Almanyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində olan konfransda iştirak etmişlər.

Altı gün davam edən tədbirdə tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri Kazım Quliyev və  mütəxəssis Yulius Arnegger, beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva  xüsusi fəallıq göstərmişlər.

Avropa İttifaqı Tempus layihəsi üzrə ilkin mərhələnin yekunlarına və qarşıdakı dövr üçün həlli nəzərdə tutulmuş işlərin icrasına həsr olunmuş  tədbiri Almaniyanın Vorms Universitenin prezidenti professor, doktor Yens Hermsdorf giriş sözü ilə açmışdır. Professor, doktor Yens Hermsdorf  öz çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının layihəni şərtləndirən tələblərin yerinə yetirilməsində iştirak payından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən məsələlərdən ətraflı bəhs etmişdir. Konfransın daha bir  iştirakçısı - Vorms şəhərinin meri, Hans-Joakim Kosubek isə əsasən şəhərin tarixindən, müasir iqtisadi durumundan, perspektiv planlarından danışmış və tədbir iştirakçılarına layihə çərçivəsində fəaliyyətlərində uğurlar arzulamışdır.

Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov konfransın təşkilinə və səmimi dəvətə görə layihə rəhbərliyinə təşəkkürünü bildirmişdir. 

ATİ-nin tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

İnstitutun mətbuat xidmətindən bildirmişlər ki, Almanyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfrans öz işini yekunlaşdırdıqdan sonra ATİ-nin rektoru, tarix elmləri  professor Cəfər Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva Vilhelmsafen şəhərində ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın  5-ci  ildönümünə  həsr olunmuş yubiley tədbirində iştirak etmişlər. Tədbirdən sonra Vilhelmsafen şəhərinin meri, Horger Borkovski Turizm İnstitutunun nümayəndə heyəti ilə görüşmüşdür.

Səfər çərçivəsində  ATİ-nin rektoru,  professor Cəfər Cəfərovun Radio Yade-də müsahibəsi yayınlanmışdır.

Almaniyaya səfərin son günü Yade Tətbiqi Elmlər Universitetinin prezidenti E. Şrayber və ATİ-nin rektoru C. Cəfərov yenilənmiş əməkdaşlıq müqaviləsi imzalamışlar.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında