Qubada Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov – 220” mövzusunda respublika elmi konfransı keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov – 220” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.

Tarix İnstitutunun mətbuat xidmətindən  APA -ya verilən məlumata görə, qonaqlar Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev muzeyini ziyarət etmişlər.

 Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev,  Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, professorlar Kərim Şükürov, Camal Mustafayev, Nərminə Əmirbəyova, Tofiq Mustafazadə və başqaları Abbasqulu Ağa Bakıxanovun həyatı və fəaliyyəti, onun tarix elminin inkişafındakı rolu haqqında danışmışlar.

 Konfransda Abbasqulu Ağa Bakıxanovla bağlı slayd nümayiş etdirilmiş, kitab sərgisi keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında