Heydər Əliyev liseyində “Son zəng” mərasimi

Ulu öndər Heydər Əliyevin  adını  daşıyan  liseydə son zəng mərasimi keçirilmişdir. İlk zəngin sevincli anları illər keçdikcə addım-addım şagird ömrünün sonuncu zənginə gəlib çatır.

Bu iki zəng arasında on bir illik məsafə vardır. Məktəbli ömrünün sonuncu zəngi çalınır. Bütün şagirdlərin gözlərindən  sevinclə yanaşı, gizli bir kədər də oxunur. “Son zəng”in sədaları  bir anın  içərisində yüzlərlə yaddaqalan hadisəni, sevincli çağları, xoşbəxt günləri həzin xatirəyə çevirir, yaddaşlara əbədi həkk edir.

Ənənəvi “Son zəng” mərasimində liseyin müəllim-şagird kollektivi ilə  yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar,  valideynlər və digər qonaqlar da iştirak edirlər. Öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin liseyin qarşısında  ucaldılmış  büstünü ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Azərbaycan Respublikasının dövlət himninin sədaları altında milli bayrağımız səhnəyə gətirildi. Liseyin direktoru Fikrət Xəlilov uşaqları, valideynləri “Son zəng” münasibətilə təbrik etdi.

Fikrət müəllim bildirdi ki, lisey Azərbaycan Respublikası təhsil nazirinin 25 oktyabr 2004-cü il tarixli əmrinə əsasən yaradılmış, Nazirlər Kabinetinin 19 oktyabr 2005-ci il tarixli qərarı ilə liseyə ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Bu il liseyimizi   tam orta təhsil pilləsi  üzrə  86, ümumi orta  təhsil pilləsi üzrə  isə  150  şagird bitirir.

Liseyin şagirdləri davamlı olaraq fənn olimpiadalarının respublika turunda uğurla çıxış etmişlər.  Belə ki, son 4 ildə fənn olimpiadalarının respublika turunda liseyin şagirdlərindən 6 nəfəri birinci, 1 nəfəri ikinci, 3 nəfəri üçüncü və 5 nəfəri fərqləndirici - dördüncü yeri tutmuşdur. Məktəbimizin 2 nəfəri VIII sinif  şagirdi  “Ətraf Mühitin Mühafizəsi”  Beynəlxalq Layihə Olimpiadasının  bürünc medalına layiq  görülüb. Bu il  fizika, kimya, biologiya, riyaziyyat, informatika fənnləri üzrə  V-X  sinif şagirdləri arasında  xüsusi istedadı ilə fərqlənən  şagirdlərin aşkara  çıxarılması məqsədilə  dörd mərkəzdə seçim turu  aparılmışdır. Riyaziyyat fənni üzrə mərkəz  bizim lisey seçilmişdir.  Liseyimizin  9-cu sinif  şagirdi  Lalə Heydərovanın  “Qalereya-69" sərgi  salonunda  keçirilən  fərdi  sərgisi  sənət adamları  və tamaşaçılar tətəfindən yüksək qiymətləndirilmişdir.

Fikrət müəllim onu da nəzətə çatdırdı ki, TQDK-nın ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə görə, son illər liseyin məzunlarının ali məktəblərə tələbə qəbulunun nəticəsi respublika və Təhsil Nazirliyinə tabe olan liseylər üzrə ən yaxşı nəticələr sırasında olmuşdur  Ötən dərs ilində  34   məzunumuz ali məktəblərə qəbul imtahanlarında  500-dən yuxarı bal  toplamışdır.

Sonra çıxış edənlər də  qeyd etdilər ki,  Heydər Əliyevin adını daşıyan bu təhsil ocağı yarandığı vaxtdan qabaqcıllar sırasında olmuş və bu gün də bu ənənənə davam etməkdədir.

Axırda səslənən “Son zəng”in  sədaları altında   onbirincilər  öz doğma  məktəblərinə  son dəfə   şagird kimi  daxil oldular.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında