Səbail məktəbliləri Memorial Soyqırım Muzeyində olmuşlar

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şağirdləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış  Memorial Soyqırım Muzeyində olmuşlar.

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların ölkəmizin tarixini daha dərindən öyrənməsi, gələcək nəslin bilikli və ayıq-sayıq böyüməsi istiqamətində məqsədyönlü işlər aparan Səbail Rayon İcra Hakimiyyəti ötən yüzillikdə xalqımızın məruz qaldığı soyqırımı və deportasiyalarla bağlı həqiqətlərin yeni nəslə çatdırılması üçün də müxtəlif tədbirlər həyata keçirir. Bu baxımdan Hərbi Prokurorluqda yeni yaradılmış soyqırımı muzeyinin zəngin materialları yeniyetmə və gənclər üçün xüsusilə əhəmiyyətlidir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova məktəblilərin muzeylə tanışlığı zamanı bildirmişdir ki, son bir əsrdə imperialist dövlətlərin himayəsi ilə məkrli niyyətlərini həyata keçirən erməni separatçı-millətçilərinin xalqımızın başına gətirdiyi qanlı qırğınlar və işğallar barədə həqiqəti hər bir soydaşımız olduğu kimi bilməli, dünya ictimaiyyətinə də çatdırmağa çalışmalıdır. On illər boyu bu faciəli tarixdən bixəbər olduğumuza görə düşmənlərin gizli qəsdlərini vaxtında cavablandıra bilməmişik.  Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra ümummilli lider Heydər Əliyevin qəbul etdiyi tarixi qərarlar, həyata keçirdiyi tədbirlər nəticəsində bu qanlı həqiqətlərin dərindən, sistemli, ardıcıl öyrənilməsinə başlanılmış, ötən soyqırımların əhatəli mənzərəsi yaradılmışdır.

Ekskursiya zamanı məktəblilərin nəzərinə çatdırılmışdır ki, son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə hücumçu xarakter almışdır. Prezident İlham Əliyevin Ermənistanın Qafqazda yaratdığı milli problemlərin mahiyyətini davamlı olaraq  beynəlxalq səviyyədə açıqlaması, dinc insanlara bəlalar gətirmiş, bu gün də davam edən  erməni vandalizminin ifşası istiqamətində qətiyyətli addımlar atması düşmənin yalan və böhtan üzərində qurulmuş təxribatçı siyasətinə sarsıdıcı zərbə olmuşdur.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, birinci xanım Mehriban Əliyeva da mühüm işlər görür, irimiqyaslı layihələr həyata keçirir.  Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə gerçəkləşdirilən “Xocalıya ədalət” aksiyaları zəmanəmizin bu misilsiz soyqırımı barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında əhəmiyyətli rol oynayır.

Yeniyetmə və gənclər bütün bu məlumatları muzeyin zəngin və təsirli ekspozisiyası fonunda diqqətlə dinləmiş, nümayiş etdirilən tarixi sənədlərlə, foto və video materiallarla, xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli materiallardan ibarət fondla tanış olmuş, video roliklərə tamaşa etmişlər. Ekskursiya məktəblilərin qan yaddaşında təsirli iz buraxmış, düşmənin qanlı əməllərinə qarşı nifrət doğurmuşdur.

 

R.TAHİR,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında